Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 11:07:36
Məktəblərdə COP28-dən öyrənilən dərsləri tətbiq etməyə çalışırıq

Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər gedir.

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mayın 27-də Bakıda “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Azərbaycanda keçiriləcək COP29 çərçivəsində görüləcək təşəbbüsdən biri kimi tarixə düşəcək, uzunmüddətli vədədə nəticələr görülə biləcək.

 

O vurğulayıb ki, yaşıl təhsil və ya yaşıl transformasiya prosesi öz-özlüyündə yenidir: "Hazırda dünya bütün təhsil pillələri üzrə prosesin düzgün ölçülməsi və hədəflərin düzgün qoyulması istiqamətində iş davam edir".