Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 09:00:00
“Tarixdə bu gün” - 27 may nələr baş verib?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

27 may tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.

 

27 mart Beynəlxalq Teatr Günüdür:

 

Bu əlamətdar gün Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. Ənənəyə əsasən, hər il Beynəlxalq Teatr Günü münasibətilə görkəmli teatr xadimləri ictimaiyyətə müraciət ünvanlayırlar.

 

27 may 1992-ci ildə Azərbaycan parlamenti “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul edib:

 

Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiqlənib.

 

 

27 may 1956-cı ildə Azərbaycanın görkəmli şairi Səməd Vurğun vəfat edib:

 

S.Vurğun Azərbaycanın ilk Xalq Şairi, Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülüb, iki dəfə Stalin mükafatı laureatı və iki dəfə “Lenin” ordeni kavaleri olub. Şair “Zəncinin arzuları”, “Aygün”, “Muğan”, “Zamanın bayraqdarı”, “Bakının dastanı” kimi poemaların, “Fərhad və Şirin” mənzum dramının, “Vaqif” dramının və digər məşhur əsərlərin müəllifidir. S.Vurğun Azərbaycan Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqə Cəmiyyətinin sədri olub.

 

 

27 may 1918-ci ildə Transqafqaz (Zaqafqaziya) Seyminin buraxılması ilə əlaqədar yaranmış böhranlı vəziyyəti müzakirə etmək üçün seym fraksiyasına daxil olan Azərbaycan nümayəndələrinin fövqəladə iclası keçirildi. İclasda Azərbaycanın idarə olunması ələ alındı və Məhəmməd Əmin Rəsulzadənin sədrliyilə Azərbaycan Müvəqqəti Milli Şurasıelan edildi. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı (nazirliklər) yaradıldı və Fətəli xan Xoyski yekdilliklə onun sədri (baş nazir) seçildi.