Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 09:40:09
“Tarixdə bu gün” - 21 fevral nə ilə yadda qalıb?

Hər günün tarixinə nəzər salsaq, ən az bir əhəmiyyətli hadisəyə rast gələrik.

 

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikası ilə hər gün müvafiq olaraq dünyada, eləcə də Azərbaycanda tarixi əhəmiyyətli hadisələr barədə ictimaiyyəti məlumatlamdırır. 

 

21 fevral tarixində baş vermiş tarixi əhəmiyyətli hadisələri təqdim edirik.

 

21 fevral Beynəlxalq Ana Dili Günüdür:

 

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

 

Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır.

 

21 fevral 1992-ci ildə  Azərbaycan, Fransa və Polşa arasında diplomatik əlaqələr qurulub:

 

Azərbaycan Respublikası və Fransa Respublikası arasında ikitərəfli münasibətlər Fransa Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 3 yanvar 1992-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 21 fevral 1992-ci ildə qurulub. Azərbaycan Respublikasının Fransa Respublikasında Səfirliyi 20 oktyabr 1994-cü ildə açılıb. Fransa Respublikasının Azərbaycan Respublikasında Səfirliyi 16 mart 1992-ci ildə  açılıb.

 

21 fevral 1993-cü ildə “Neftçi" Azərbaycan Superkubokunu qazanıb:

 

İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də baş tutub. Birinci və hələlik sonuncu dəfə matçda çempionla kubokun sahibi görüşüb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" arasında görüş baş tutub.Həmin matç böyük hesabla nəticələnib – 4:1. Ölkə çempionu "Neftçi" bu yarışda da gücünü göstərib.

 

21 fevral 1997-ci ildə Azərbaycan şərqşünası Ziya Bünyadov Bakıda yaşadığı binanın blokunda çıxarkən cinayətkər qrup tərəfindən bıçaq və odlu silahla qətlə yetirilib:

 

O, 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilmişdir. Daha sonra o,  Azərbaycan EA-nın Tarix İnstitutunda elmi axtarışlarını davam etdirib. 1958-ci ildən 1959-cu ilə kimi Bünyadov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində müəllim vəzifəsində işləyib. 1964-cü ildən Yaxın və Orta Şərq Xalqları İnstitunda "Orta əsirlər tarixi" şöbəsinin rəhbəri olmuşdur. 1964-cü ildə o, “Azərbaycan VII-IX əsrlərdə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, tarix elmləri doktoru elmi dərəcəsi almış, 1965-ci ildə isə onun eyniadlı monoqrafiyası çap olundu.