Azedu.az

16 yaşlı qıza nişan etmək istədilər - Polis müdaxilə etdi

4 Noyabr 2025, 19:58
16 yaşlı qıza nişan etmək istədilər - Polis müdaxilə etdi

Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzEdu.az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

 

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Şok İddia - ABŞ Azərbaycan səfirliyini vurub
Son xəbərlərDaha çox