Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 16:20:00
"Ölkəmizdə inklüziv təhsil yüksək səviyyədə deyil!"

Azərbaycanda hər il 1000-dən çox uşaq ASP (Autizm Spektr Pozğunluğu) ilə dünyaya gəlir. Dünya ortalamasına görə hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsi oğlanlar, 1/4 hissəsi qızlardır.

 

Maraqlıdır bəs, Azərbaycanda həmin uşaqların təhsil almasını təmin etmək üçün şərait nə yerdədir? Onların təhsilə cəlb olunması üçün hansı addımlar atılmalıdır

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanda inklüziv təhsil hələ də inkişaf etməyib:

 

“Təəssüflər olsun ki, son vaxtlar ölkəmizdə autizm və nitq qüsurlu uşaqların dünyaya gəlmə statistikası artıb. Həmin uşaqların təhsilə cəlb olunması üçün inklüziv və fərdi dərslər həyata keçirilir. Lakin bu sistem hələ də istədiyimiz səviyyədə deyil. Biz nəzərə almalıyıq ki, bu tip sindiromu olan uşaqlar təkcə Bakıda deyil, Azərbaycanın müxtəlif bölgələrində var. Onların həm inklüziv, həm fərdi, həm də orta məktəblərdə təhsilə cəlb edilməsi üçün müəyyən işlər görülməlidir. Təbii ki, burada valideynlərin təşəbbüskarlığı da önəmli faktor daşıyır. Sindiromlu uşaqların yaşayış yerləri təsbit olunub, həmin ərazilərdə onlara məxsus siniflər təşkil edilməlidir”.

Xəyalə Bayramqızı
Müəllifin digər yazıları