Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-10 13:49:29
NASA ilan yaratdı – Harada kəşfiyyat aparacaq? + VİDEO

NASA robot ilan yaradıb. Jet Propulsion Laboratoriyası tərəfindən hazırlanmış bu avtonom robot ən mürəkkəb səthlərdə irəliləmək üçün ilan kimi sürünür. Onun 10 hissəyə yayılmış dörd metrlik gövdəsi öz üzərində fırlanır.

AzEdu.az "sciencesetavenir.fr"ə istinadən xəbər verir ki, ilkin məqsəd Saturnun çoxsaylı peyklərindən biri olan Enseladın buzunun altında yerləşən okeanı tədqiq edə bilməkdir. Bu robot mürəkkəb yerləri araşdırmaq qabiliyyətinə malikdir. Təkərli nəqliyyat vasitələri üçün əlçatmaz olan ərazilərdə kəşfiyyat apara bilir.


Mars planetini təqlid edərək yerdə sınaqdan keçirilmiş robot ilan
2019-cu ildən bəri NASA-nın Pasadenadakı (ABŞ) Reaktiv Sürət Laboratoriyasından (JPL) bir qrup alim tərəfindən hazırlanıb. O , torpaq, qar və buz meydançasında, qumlu ərazidə müxtəlif sınaqlardan keçib. Nəticələr 2023-cü ilin may ayında təqdim edilib. Sentyabr ayında isə bu maşın Kanada buzlaqının səthi altında hərəkət edəcək.



Maşın hazırda dörd metr uzunluğunda 10 oynaqlı hissəyə bölünmüş silindrik bir quruluşa malikdir. Sonsuz bir vint kimi spiral yivlərlə zolaqlı olan bu gövdə yerə qoyulmuş bir qazma kimi görünür. Onun fırlanması, hər hansı bir yeri deşmək əvəzinə, yerin səthini tutmasına səbəb olur ki, bu da onun irəliyə doğru hərəkət etməsinə imkan yaradır. Layihə meneceri Metyu Robinson qeyd edib: "Biz 35 dərəcə yamaca qalxdıq, lakin robot daha çox mübarizə aparacaq".
Məqalədə qeyd olunur ki, hər şeydən əvvəl o, avtonom bir robotdur. Mürəkkəb və uzaq əraziləri, xüsusən də kosmosda araşdırmaq üçün nəzərdə tutulduğundan, onun dizaynerləri pilotluğunun simsiz rabitədən asılı olmasının qarşısını almaq qərarına gəliblər. Buna görə də sürücüsüz avtomobil kimi, ərazini və maneələri üç ölçülü şəkildə xəritələməyə imkan verən kameralar və lidarla təchiz edilib.

 


Bu məlumatları alaraq o, öz trayektoriyasını özü hesablayır, həm də modelləşdirilmiş bütöv bir sıra arasından xüsusi sürünmə və hərəkətə gətirmə texnikasını seçir. Hər biri müəyyən bir vəziyyətə uyğunlaşdırılıb , robot bunu necə tanıyacağını bilir. Vəziyyətdən asılı olaraq düz bir xətt üzrə irəliləyəcək və ya ilanın sinusoidal hərəkətini təqlid edəcək, ya da dairə və ya aypara şəklini alacaq və bu şəkildə irəliləyəcək.
O Yerə mesaj göndərə və onları qəbul edə biləcək. Növbəti addım robota alətlərin quraşdırılması olacaq. Əsasən buzlaqların kimyası və fizikası haqqında məlumat toplamaq üçün sensorlar əlavə ediləcək. Məsələn, layihə menecerləri kapilyar elektroforez sistemini sınaqdan keçirməyi nəzərdə tuturlar. Bu, mayenin duzluluğunu aşkar etmək üçün istifadə edilə bilən miniatürləşdirilmiş alətdir”.