Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 12:19:19
Azərbaycan aliminin məqaləsi dünyanın ən reytinqli jurnalında...

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun İnfoormasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri şöbəsinin müdiri, fəl.ü.f.d. Məhəmməd Cəbrayılov Yeni Zellandiyanın Web of Science beynəlxalq indeksli “BioGecko” elmi jurnalında “Beynəlxalq təhlükəsizliyin təmin edilməsi: gələcək müharibə və ətraf mühitin vəziyyəti” (Providing of the International Security: Future War and the Environment stateadlı) adlı məqaləsi nəşr olunub.

 

Linklər aşağıda:

http://biogecko.co.nz/issues.php?id=106 http://biogecko.co.nz/admin/uploads/Jabrailov%20project.pdf

 

Azərbaycanlı alim dünyanın ən reytinqli jurnallarından bri olan BioGecko “Web of Science” jurnalında “Beynəlxalq təhlükəsizliyin təmin edilməsi: gələcək müharibə və ətraf mühitin vəziyyəti” adlı məqaləsi nəşr olunub. XXI əsrdə texnoloji gücə kim sahibdirsə, dünyanı idarə edəndə o olacaq iddiası ilə diqqəti çəkən müəllifin elmi məqaləsi beynəlxalq müstəvidə maraq oyadıb. Azərbaycanlı alim gələcək müharibələr və hərbi tətbiqlər üçün texnoloji inkişaf perspektivləri və süni intellektin yenilikləri ilə bağlı mümkün senarilərin yeni dünya düzənində oyanyacağı rola diqqət çəkir. Süni intellektin digər texnologiyalardan nə ilə fərqləndiyini və onun qlobal ekoloji proseslərə nə dərəcədə təsir etdiyini təhlil edən müəllif məqalədə beynəlxalq təhlükəsizliyin təmin olunmasında ekoloji təsirlərin necə olması sualına cavab vermək üçün tədqiqatda müqayisəli metod, retrospektiv, empirik və proqnozlaşdırma metodlarından istifadə etməklə maraqlı nəticələr çıxarır.

 

Süni intellekt texnologiyalarının tətbiqləri və sübut edilmiş imkanları hansı səviyyədədir və onların qlobal müharibənin dayandırılması effekti və ətraf mühitin mühafizəsi yolunda təhlükəsizliyə təsiri nədir? Məqalədə bütün bunları həm qlobal güc mərkəzlərinin hərbi strategiyası, həm də imperializmin məqsədləri ilə bağlı nəzərə alınmasını vacib sayan alim neoimperializmin inkişafına səbəb olan və gələcək müharibədə beynəlxalq təhlükəsizlik üçün yaradılan çətinlikləri məntiqi əsaslarla təhlil edilir. Hazırda beynəlxalq təhlükəsizlik məsələlərində süni intellektin gələcəklə bağlı təhlükələrinin o qədər də yaxşı dərk edilməmiş aspektləri izah olunur. Azərbaycanlı alimin məqaləsində diqqət çəkən məqamlardan biri də Azərbaycanın bugünkü və gələcək təhlükəsizliyinin təmin edilməsi istiqamətində seçdiyi strategiya, xüsusən də Vətən müharibəsi illərində süni intellektlə təchiz edilmiş yeni nəsil hərbi texnologiyalara üstünlük verməsi nəticəsində müdafiə sistemi və istifadə edilən klassik hərbi texnologiyaları tamamilə məhv etməsi ilə bağlıdır.

 

Alim iddia edir ki, müharibələr tarixində ilk dəfə olaraq Azərbaycanın hərbi məqsədlər üçün istifadə olunmayan Süni intellekt texnologiyalarının döyüş meydanında tətbiq edib. Daha sonra məqalədə gösərilir ki, Azərbaycan Vətən Müharibəsində süni intellekt texnologiyasından istifadə etməsi 30 ilə yaxın müddətdə geosiyasi qüvvələrin Ermənistana bağışladığı 5 milyard dollarlıq hərbi texnikanın imperializmin maraqları naminə məhv edilməsi ilə nəticələndi. Məqalədə daha sonra qeyd olunur ki, bu günə qədər müharibələr tarixində süni intellektin digər silahlar üzərində üstünlüyünü dünyada ilk dəfə olaraq Azərbaycan açıq şəkildə nümayiş etdirdi. Azərbaycanın 44 günlük qələbəsi nəticəsində Ermənistanın hərbi qabiliyyətinin tamamilə məhv edilməsi ilə nəticələnən kapitulyasiya bəyanatı imzalaması dünyanın hərbi sahəsində öyrənilməsi və maraqla izlənilməsi vacib olan hadisə kimi elm mərkəzləri tərəfindən araşdırılmağa başlanıb.