Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-25 10:57:00
Müəllimlər üçün həftəlik ulduz falı: bürclər nə vəd edir?

AzEdu.az saytı müəllimlərlə bağlı həftəlik ulduz falını təqdim edir:


Qoç (21.03 – 20-04)
 

Şagirdlərin sizdən soruşduğu hər sualı diqqətli dinləyin və onlara ətraflı cavab verməyə çalışın. Onların aldığı cavab sizin haqqınızda fikirləri möhkəmləndirməyə xidmət edəcək. Onların sizin biliyinizi yoxlamaq fikrində olduqlarını da düşünməyin. Çünki onların barənizdə artıq mülahizələri var.

Buğa (21.04 – 21.05)

 

Şagirdlərlə aranızda anlaşılmazlıq mühiti gözlənilir. Gündəlik dərs ritmini pozmayın. Bu sizin davamlı və təvazökar imicinizi möhkəmləndirəcək. Qarşıdurma vəziyyətlərində öz mənafeyinizi qorumağa çalışın.

Əkizlər  (22.05 – 21.06 )

 

Bu həftə bütün işlərdə şanslı olacağınız görünür. Şagirdlərlə münasibətləriniz əvvəlkindən daha yaxşı olacaq. Sizi müxtəlif şəraitlərdə tərifləyəcəklər. Rəhbərlik də bu təriflərdən sizinlə münasibətlər üçün pay götürəcək.

Xərçəng ( 22.06 – 23.07 )

 

Bu günlər şagirdləriniz arasında sizin tərəfdarlarınızın sayı daha da artacaq. Bu, sizin üçün yaxın vaxtlarda baş verəcək qarşıdurma zamanı müsbət rol oynayacaq. Yeni münasibətlər qurmaqdan çəkinməyin. Hər bir şagird rəğbəti sizin üçün gələcəyə investisiyadır.

Şir (24.07 – 23.08)

Şagirdlərinizlə münasibətdə işləriniz qaydasındadır. Amma kənardan sizi narahat edən məsələlər mövcuddur. Bu məsələlərin iş həyatınıza müdaxilə etməsinə imkan verməyin. Məktəbdənkənar həyatınızın elə kənarda qalmasına cəhd edin. Bu sizin karyerada uğurlarınıza dəstək verəcək.

Qız (24.08 – 23.09)

 

Bəzən sizə ünvanlanan sualların nə məqsədlə verildiyini anlamaqda çətinlik çəkirsiniz. Amma bu sizi narahat etməsin və özünüzəməxsus şəkildə cavablandırın. Sonradan hər şey aydınlaşacaq. Amma zamanı qabaqlamağa tələsməyin.

Tərəzi (24.09 – 23.10)

 

Yorulmusunuz, istirahətə ehtiyac duya bilərsiniz. Amma zamanı gəlmədən buna cəhd etməyin. Dərslərə diqqəti azaltmağınız sizin üçün xoşəgəlməz nəticələrə səbəb ola bilər. Sizi ətrafdan müşahidə edənlərin sayı olduqca çoxdur və onlar səbəb verməyin.

Əqrəb (24.10 – 22.11)

 

Ağzınızdan qaçıracağınız ehtiyatsız kəlmənin sizin əleyhinizə istifadə olunmaq ehtimalı var. Bu günlər əvvəlkilərdən daha artıq diqqət mərkəzindəsiniz və ətrafdakılarla ehtiyatlı davranmağa çalışın. Xüsusilə yuxarı sinif şagirdləriniz sizə qarşı istifadə etmək üçün bəhanə axtarırlar. Bu bəhanəni onlara verməyin.

Oxatan (23.11 – 21.12)

Yaxşı mənada sizin arxanızca düşüblər. Bu bəlkə də gələcək nailiyyətləriniz üçün əlverişli məqamdır. Özünüzü daha qabarıq ifadə etməkdə çəkinməyin. Hər yerdə layiq olduğunuz səviyyəni göstərməyə çalışın və düzgün qiymətləndiriləcəksiniz.

Oğlaq (22.12 – 20.01)

 

Rəhbərlikdən sizin yardımçınız hesab olunan şəxslər sizə ilk baxışda dəyərli görünə biləcək, lakin tamamilə faydasız məsləhətlər verəcək. Bu məsləhətlərin real həyatı əks etdirmədiyinin şahidi olacaqsınız. Ancaq ən azı onları dinləməyə dəyər: bəlkə bu nəhəng planda sağlam düşüncə var? Bunu tapmağa çalışın.

Dolça (21.01 – 19.02)

Şagirdləriniz tədris etdiyiniz fənlə istedadlarını sizə göstərmək istəyəcəklər. Onlar özlərini sizə ən yaxşı şəkildə təqdim etmək üçün əllərindən indən gələni edəcəklər. Onları qiymətləndirməyə çalışın. Siz bunun nəticəsini qısa zamanda görəcəksiniz. 

Balıq (20.02 – 20.03)

Həqiqətən günahkar olsanız, inciməyə və ya cəzaya layiq olsanız belə, rəhbərlik sizin nöqsanlarınız görməyəcək. Çünki əldə etdiyiniz nailiyyətlərin kölgəsində uzun müddət yaşaya biləcəksiniz. Amma onları belə tez xərcləməyə çalışmayın. Yeni-yeni üfüqlər sizi gözləyir.