Azedu.az

Sumqayıtda 2 yaşlı uşağı maşın vurdu

24 Aprel 2023, 09:05
Sumqayıtda 2 yaşlı uşağı maşın vurdu

Sumqayıtda 2 yaşlı uşağı avtomobil vurub.

 

AzEdu.az xəbər verir ki, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu Sumqayıt şəhəri, Ceyranbatan bağları, “Beton zavod" adlanan ərazidə idarə etdiyi “BMW” markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü Zamanova Xəyalə Dövran qızını vurub.

 

Nəticədə Xəyalə Zamanova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

TƏCİLİ! Gərnginlik dayanmır - İran PUA-larla vurulur
Son xəbərlərDaha çox