Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-30 11:38:00
Dərs oxuyarkən diqqəti cəmləməyin YOLLARI   

İmtahana hazırlaşarkən diqqətinizi cəmləyə bilmirsiz ? Narahat olmayın, çünki bu bütün şagirdlərin problemdir.


Diqqəti cəmləməyin  bir neçə yolu var.

 

AzEdu.az onları təqdim edir:


1.Vaxtı müəyyən hissələrə ayır;

 

Əgər bütün gecə dərs çalışmaq isdeyirsiznizsə, gün üçün bir plan qurun. Beyninizin yorulmaması üçün30/60 dəqiqədə bir 5-10 dəqiqəlik fasilə verin. Bu sayədə həm yorulmayacaq, həm də sıxılmayacaqsınız  Hər saat  mövzuları dəyişdirməyə çalışın, bir mövzu həddindən artıqdırsa, beyniniz o mövzuları qəbul etməməyə başlayacaq, Təzə bir mövzu sizəmotivasiyanı Yaradacaqdır.

 

2.Başqa şeylər haqqında fikirləşmək üçün vaxt ayırın;


Gündəlik həyatımıza uyğun olaraq biz başqa şeylər haqqında da fikirləşirik. Ona görə də dərs çalışmaq biraz çətinləşir.  Fikrinizi təmizləmək üçün bir az ara verin. Bəzən bizə elə gəlir ki düşüncələrimizi idarə edə bilmirik, amma, əslində bu belə deyil. Bu cür hallarda qarşılaşanda əvvəla o problemi həll etmək üçün vaxt yaradın. Özünə söz verin ki,  dərsə sonra yenidən  bağlayacağam . Bunu bilmək sizə təsəlli verəcəkdir. Bu sayədə bir müddət sonra yenə əvvəlki kimi dərs çalışmağa başlayacaqsınız. Bunu heç vaxt unutmayın “Siz ağlınızın ağasısınız”. Bu düşüncələrə başladınız və yenidən onları bitirə bilərsiniz! Yanınızda bir qələm, kağız saxlayın  ağlınıza gələn hər şeyi bura qeyd edin, fasilə vaxtı bu mövzular haqqında  düşünə bilərsiniz.

 

3.Vaxt bölgüsünü dəyişin;


Deyək ki, bir dərslikdən 20 səhifə oxudunuz. Sonuncu şey növbəti dərsliyin 20 səhifəsini oxumaqdır. Bunun əvəzinə bəzi qeyd kartları ilə kiçik İmtahan edin. Sizə kömək etmək üçün bir neçə qrafik hazırlayın. İqtisadi statistikaları xatırlayın. Müxtəlif bacarıqları və beynin fərqli hissələrini əhatə edən bir iş görün. Şübhəsiz ki, daha az sıxılacaqsınız. Bu sayədə  beyninizin məlumat emalını asanlaşacaq. İstifadə etdiyiniz bacarıqların dəyişdirilməsi beyin prosesinizi sürətləndirməyə və məlumatları daha sürətli saxlamağa kömək edəcək.

 

4.Özünüzü mükafatlandırın;

 

Bəzən işimizi davam etdirmək üçün kiçik bir mükafata ehtiyacımız olur . Qiymətlərinjz sizə mükafat kimk  kifayət  deyilsə, diqqətinizi işinizə yönəltmək üçün başqa bir şey edin. Bu  şirniyyat  ya yüngül qəlyanaltı ya da Televizor qarşısında oturmaq ola bilər.  Və yaxudda  masaj və ya qısa bir yuxu .Mümkünsə valideynlərinizi bu işə cəlb edin, bu  sizə bəzi stimullar verəcəkdir.

 

5.Ən zəif olduğunuz mövzudan başla;


Əvvəlcə daha asan tapşırıqları yerinə yetirirsinizsə, davamlı olaraq daha çətin olanları düşünərək stress keçirəcəksiniz.  Bu onun effektivliyini itirəcək. Fikrinizi cəmləşdirə bilməyəcəksiniz.  Bəzən bir tapşırığ mövcud vaxtınızın çox hissəsini  azalda / bitirə bilər. Ehtiyac olduqda özünüzü məhdudlaşdırmağa və idarə etməyə çalışın ki, daha asan mövzulara keçəsiniz.

 

6.Lazım olduğu halda əvvələ qayıd;


Bəzən dərsi təz bitirmək üçün üstündən keçirik. Ona görə də nə vaxt əvvələ  qayıdacağını bil .  Çünki dərsin əvvəlini bilməsən sənin üçün problem yaradar.


Məsələn:


 “George Washington’un Boston Çay Qonaqlığı ilə əlaqəsi nə idi?” Kimi bir sual ilə qarşılaşanda George Washington’un kim olduğunu bilmək lazımlı olacaq.

 

7.Dərs oxumağı aktiv hala gətir;


Sevmədiyin bir mövzunu oxumaq darıxdırıcı olur . Dərs hazırlamağı daha  təsirli hala gətirmək üçün aktiv oxumaq üslubundan istifadə edə bilərsiz. Oxuyarkən özünüzə suallar verin və səhifəyə baxmaqdan oxuduqlarınızı  ucadan təkrarlayın.

 

8.Qeydlər et;


Mümkün qədər az söz və qısa nümunələr istifadə edin. Qeyd etdiyiniz yerlər üçün qısaltmalardan istifadə edin. Səhifə nömrələrini, başlıqları,  kitabların müəlliflərini qeyd edə bilərsiniz. Qeydləri apardıqdan  sonra  yoxlamaq və nəzərdən keçirmək üçün kiçik bir imtahan edin

 

 9.Ara verdiyiniz vaxt internetdə gəziş;


internet vaxtınızdan yaxşı istifadə edin.  Sosial şəbəkələrə  girin. Telefonunuzu açın və gələn mesajları , buraxılmış zəngləri yoxlayın. Təcili olmadıqca  dərhal cavab vermək üçün vaxt itirməyin ,  hamısını etmək üçün yalnız bir neçə dəqiqəniz olacaqdır. Sonda yenidən dərsə qayıdın. Bir neçə dəqiqə də olsa “Online” olmaq sizi yaxşı hiss etdirəcəkdir.

 

10.Düzgün məkan seç;


Sakit bir yer tapın.  Bu  otağınız, və ya kitabxana ola bilər.  Fikrinizi yayındırmayacaq  bir atmosfer seçin.   Televizordan, ev heyvanlarından və asanlıqla diqqəti cəlb edən hər şeydən uzaq olmalıdır.   Oturduğunuz yer rahat  və işıqlı olmalıdır.


Televizorun qarşısında oxumayın, çünki dərsi  yalnız reklamlar başlayanda edəcəksiniz – özünüzü aldatmayın   Çarpayıda uzanaraq oxumayın bu halda yuxunuz gələcəkdir.

 

11.Lazım olan hər şeyi götür;


Qələm , dəftər və kitablarınızın yanınızda olmalıdır .  Beləliklə dərs  çalışarkən diqqətiniz yayınmayacaqdır. Ehtiyacınız olan bütün dərsliklər, dəftərlər və digər qeydlər (tədris proqramını xatırlayın) əlinizdə olmalıdır. Əgər sizə lazımdırsa noutbukdan  istifadə edin, əks halda onu kənara qoyun.

 

12.Özünlə qəlyanaltılar götür;


Qəlyanaltı dəfələrlə yeyə biləcəyiniz sadə bir şey olsun.  Məsələn, bir qədər qoz-fındıq, şokalad və ya çiyələk.   Yanınızda mütləq su olsun.  Çox qəhvə,  çay və ya enerji içkiləri içməyin. Bu içkilər bir müddət sonra sizi  yorğun hiss etdirəcək.

 
“Super qidalar” axtarırsınız?  Araşdırmalar göstərir ki, ispanaq, balqabaq, brokkoli, südsüz şokolad və balıq, beyni gücləndirən qidalardır.

 


 13Məqsədlərini yaz;

 
Yalnız bu gün üçün nəyə nail olmaq istəyirsənsə  (və ya əldə etməlisən) onları qeyd edin. Hədəflərinizi əldə edəcəyinizdən  əmin olun.  Bu həftə 100 səhifə oxumaq məcburiyyətindəsinizsə, hər gün üçün 20 səhifə ayırın. Vaxt məhdudiyyətini də unutmayın.  Bu axşam yalnız bir saatınız varsa, ediləcək ən vacib şeyi edin.

 

14.Əl telefonunuzun və digər elektronik cihazların qapalı olduğundan əmin olun;

 
Bu şəkildə sizi işinizdən yayındıracaq şeylerden uzaqlaşacaqsınız .  Kompüteri yalnız işinizə ehtiyacınız olduqda istifadə edin, əks  bu  bir riskdir.  Telefonunuzu, fövqəladə hallar üçün lazım olmadığı təqdirdə  təyyarə rejiminə qoyun.

 

15.Arxa fonda musiqi səsiylə oxumağa çalışın;

 
Bəzi insanlar üçün musiqi konsentrasiyaya kömək edir.  Ancaq bəziləri üçün əksinədir. 

 
Unutmayın ki, dərs oxuyarkən sizin üçün uyğun olan musiqi normalda bəyəndiyiniz musiqi ilə eyni olmaya bilər.  Ümumiyyətlə, tanımadığınız musiqi sizin üçün daha yaxşı ola bilər, çünki musiqini bilmək sizi maraqlandıracaq və mahnını oxuyacaqsınız. Quşların , yağış, çay axınının və ya digər təbii rahatladıcı səsləri dinləyə bilərsiniz.