Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-06-01 17:49:07
DİM-də fizika və rus dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib  

İyunun 1-də Dövlət İmtahan Mərkəzində fizika və rus dili (tədris dili) fənləri üzrə işçi qruplarının növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan “Fizika” və “Russkiy yazık” dərslikləri əsasında hazırlanmış “Qiymətləndirmə tapşırıqları” kitabçaları dərsliklərlə müqayisəli təhlil edilib. Müzakirə zamanı irəli sürülmüş müəyyən təkliflər və dərsliklərdəki dəyişikliklər kitabçaların təkmilləşdirilməsində nəzərə alınıb.

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.