Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-26 15:59:25
“Refleksiv müəllim” layihəsinin əyani formatda icrasına başlanılıb  

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən onlayn keçirilən “Refleksiv müəllim” layihəsinin əyani formatda icrasına başlanılıb.

İnstitutdan AzEdu.az-a bildirilir ki, pandemiya ilə əlaqədar silsilə vebinarlar şəklində həyata keçirilən layihə artıq metodik dəstək göstərilən məktəblərdə əyani icra edilir.

Seminarın keçirildiyi ilk təhsil müəssisəsi Seymur Məmmədov adına 301 nömrəli tam orta məktəb olub. Azərbaycan dili müəllimləri üçün nəzərdə tutulan seminarda məktəbin ibtidai sinif müəllimi Səadət Fərzəliyeva “Əks mənalı sözlər” mövzusu üzrə dərs icmalı təqdim edib. İcmal əsasında dərsin motivasiyasının qurulması, tədqiqat sualı ilə motivasiyanın əlaqələndirilməsi, qrup tapşırıqlarının dərsin məqsədinə uyğunluğu, qiymətləndirmə meyarları kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib.

Qeyd edək ki, metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” seminarının keçirilməsi planlaşdırılır.