Azedu.az

İmtahana buraxılış vərəqəsi bu tarixdə çap ediləcək -DİM

17 Mart 2022, 13:11
İmtahana buraxılış vərəqəsi bu tarixdə çap ediləcək -DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.a -a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:15-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 421 (BA - 108, BB - 313) namizəd qeydiyyatdan keçib.

 

İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

Bayrağımızın yandırılması Paşinyanı özündən çıxardı
Son xəbərlərDaha çox