Azedu.az

Macarıstanda növbəti tədris ili üçün təqaüd proqramı elan edilir  

5 Fevral 2022, 17:39
Macarıstanda növbəti tədris ili üçün təqaüd proqramı elan edilir  

Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2022-2023-cü tədris ili üzrə təqaüd proqramı elan edir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, təqaüd proqramı qida təhlükəsizliyi və keyfiyyət mühəndisliyi ixtisasları üzrə magistr pilləsini özündə ehtiva edir. Təqaüd proqramına fevralın 28-dək müraciət etmək olar.

 

Ətraflı məlumatla Təhsil Nazirliyinin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.

İrandan şok zərbə - Rusiya səfirliyini də vurdular!
Son xəbərlərDaha çox