Özbəkistan Respublikasının İpək Yolu Beynəlxalq Turizm Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına üzv və tərəfdaş ölkələrdən olan əcnəbi vətəndaşlar üçün 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil proqramı elan edir.
AzEdu.az xəbər verir ki, magistratura pilləsi üzrə elan olunan təqaüd proqramı müxtəlif ixtisasları əhatə edir. Təqaüd proqramına sentyabrın 30-dək müraciət etmək olar. Ətraflı məlumatla nazirliyin saytındakı elan vasitəsilə tanış olmaq mümkündür.