Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-19 14:43:00
Ötən həftənin əsas təhsil xəbərləri, DİM sədrindən vacib cavablar - İCMAL

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 12-18 aprel təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Hərarəti yüksək olan 2  şagird imtahana buraxılmayıb:

 

Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanları keçirib.

 

Pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib.

 

Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub. İmtahanlar 11 şəhər və rayonda keçirilib.

 

11-ci siniflərin buraxılış imtahanı keçirilib:

 

Dövlət İmtahan Mərkəzi  növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək.

 

Mərkəzdən verilən məlumata görə, imtahanlar saat 11:00-da başlayacaq.

 

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

 

256 şagirddən biri buraxılış imtahanına buraxılmayıb:

 

Bakıdakı 189-190 nömrəli tam orta məktəbdə Dövlət İmtahan Mərkəzinin (DİM) növbəti tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanlarına bir şagird buraxılmayıb.

 

DİM-in əməkdaşı İlkin Rüstəmzadənin verdiyi məlumata görə, həmin məktəbdə 256 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib.

 

Vətən müharibəsi ilə bağlı qəbul imtahanına salınacaq mövzular açıqlanıb: 

 

Qarabağ uğrunda Vətən müharibəsinə (İkinci Qarabağ müharibəsi) dair “Abituriyent” jurnalının 1-ci sayında tarix fənni üzrə qəbul proqramında verilmiş mövzular əsasında Azərbaycan və rus dilində məqalə hazırlanıb: 

 

Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi);

 

Oтечественная война за Гарабаг (Вторая Гарабагская война).

 

Müəllimlərlə bağlı yeni layihə hazırlanıb:

 

Təhsil İnstitutu müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsini müəyyən edən sənədlər toplusu hazırlayıb.

 

Təhsil Nazirliyindən verilən məlumata görə, sənədlər toplusu ümumi və tam orta təhsil müəssisələrində fəaliyyət göstərən və ya göstərmək istəyən mütəxəssislər üçün nəzərdə tutulub.

 

Həmin sənədlər 19 fənni, ibtidai sinif, metodika və pedaqogikanı əhatə edən məlumat kitabçasında öz əksini tapıb.

 

Azərbaycanda müəllimlər arasında kütləvi yoluxma faktı qeydə alınıb:

 

Şabran rayonunun Şahnəzərli kənd orta məktəbində dörd sinif COVID-19 infeksiyasına görə distant təhsilə keçirilib. 

 

Buna səbəb məktəbin dörd müəlliminin koronavirusa yoluxmasıdır.


Həmin müəlllimlərin daxil olduğu siniflərdə (2-si ibtidaidir) tədris 14 gün ərzində distant formada davam etdiriləcək.

 

Müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbuluna başlanılacaq:

 

Namizədlər aprelin 13-dən şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak üçün hazırlanmış təlimatla tanış ola bilərlər. Daha sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanları müvafiq xanaya yazılmaqla iştirak təsdiq edilməlidir.

 

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

 

Məleykə Abbaszadə  bitməyən müzakirələrə aydınlıq gətirib:

 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Modern.az saytı və AzEdu.az təhsil portalı vasitəsilə imtahan və qəbul sisteminə aid suallara aydınlıq gətirir.

 

 - Test imtahanları repetitorluğun artmasına səbəb olurmu?

 

- Nə qədər qəribə səslənsə də, bu da qlobal tendensiyadır. Araşdırmalar göstərir ki, bütün dünyada valideynlər tərəfindən təhsilin əhəmiyyətinin dərk olunması səviyyəsi artmaqdadır. Bunun əsas səbəblərindən biri təhsilin keyfiyyəti və aktual ixtisas kimi amillərin sosial rifahın təmin olunması baxımından digər amilləri üstələməsidir. Bu hal keyfiyyətli təhsil verən müəssisələr və aktual ixtisaslar uğrunda rəqabətin artmasına səbəb olur. Ölkəmizdə də ali təhsilin bütün vətəndaşlar üçün bərabər dərəcədə əlçatan olması və obyektiv qiymətləndirmə və seçmənin həyata keçirilməsi bu sahədə rəqabəti artırır. Valideynlər öz övladlarının bu yarışda önə çıxmasını təmin etmək üçün onları əlavə məşğələlərə yazdırır və ya fərdi repetitor xidmətindən istifadə edirlər. Qeyd olunduğu kimi, bu sadəcə ölkəmizə xas olan tendensiya deyil, əksinə bütün dünyada gedən proseslərlə üst-üstə düşür. Belə ki, bu sahədə beynəlxalq miqyasda aparılan ən son araşdırmaya əsasən dünyada repetitorluq bazarının 2027-ci ilə qədər hər il orta hesabla 7.1% böyüməsi ehtimal olunur. Bunun əsas səbəbi rəqabətlə yanaşı, şagirdlərin özlərinə fərdi yanaşma tələb etməsidir. O da qeyd olunmalıdır ki, bu tendensiya onlayn repetitor xidmətlərinin də artmasına səbəb olur.

 

DİM sədri: "Mərkəzləşmiş qəbul sisteminədək qohumbazlıq və korrupsiya tüğyan edib"

 

"Bu arqumenti gətirənlər ölkəmizdə mərkəzləşmiş qəbul sisteminin tətbiqinin əsas səbəblərini unudurlar. Belə ki, bu sistem tətbiq olunana qədər ali məktəblərə qəbul sistemində subyektivlik, o cümlədən qohumbazlıq, favoritizm və digər növ bariz korrupsiya hallarının tüğyan etməsi heç kimə sirr deyildi.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Universitetlər öz tələbələrini özləri seçsə, daha yaxşı olmazmı" sualını cavablandırarkən deyib.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları