Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 12:25:00
“Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci nömrəsi nəşr edildi

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər üçün  “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il üçün 1-ci nömrəsi nəşr edilib.

 

AzEdu.az-ın məlumatına görə, jurnalda ali təhsil müəssisələrinin bakalavr və magistratura səviyyələri üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyent və bakalavrlar üçün qəbul proqramları dərc olunub. Bundan əlavə, Təsviri sənət, Musiqi sənəti, Memarlıq, Teatr, kino və xoreoqrafiya sənəti, Bədən tərbiyəsi və idman, Jurnalistika istiqamətləri üzrə qabiliyyət imtahanları, o cümlədən islamşünaslıq ixtisasına qəbul üçün keçirilən müsahibə haqqında geniş məlumat verilib.

 

"Abituriyent" jurnalının bu xüsusi buraxılışında, həmçinin:

- müsabiqə şərtləri (minimum bal, minimal şərtlər);

- qabiliyyət İmtahanı Komissiyaları üzrə imtahanların siyahısı;

- qiymətləndirmə meyarları (yekun qiymətin hesablanma qaydası);

- imtahanlara hazırlıqla bağlı tövsiyə və məs­lə­hətlər;

- tapşırıq nümunələri;

- bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər;

- abituriyentləri ən çox maraqlandıran suallara cavablar;

- XQTİ-lər üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumatlar;

- magistratura səviyyəsi üzrə qəbul proqramları;

- magistratura səviyyəsinə qəbul üçün müsabiqə şərtləri;

- magistratura səviyyəsi üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar haqqında ətraflı məlumatla tanış ola bilərsiniz.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri:

- Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M. (DİM-in binası)

- Nəsimi rayonu A.Salamzadə küçəsi, 28. (DİM-in binası)