Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 15:45:00
  Bu dəfə qorxusuz və hürküsüz, tam əminlik, güvənlik və arxayınlıqla!" -Nadir İsrafilovun Qarabağ xatirəsi      

“Qarabağa növbəti səfərlərimə ümidim ikiqat artır

 

Bu sözləri AzEdu.az-a açıqlamasın Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov deyib.

 

“Ordumuzun xilaskarlıq missiyasının uğurla davam etdiyi bir şəraitdə Cəbrayıl, Hadrut, Füzuli, ardınca Zəngilan, Mincevan və daha onlarla yeni yaşayış məskənlərimizin işğaldan azad olması xəbərini eşidəndə, istər-istəməz xatirəmdə silinməyən iz buraxan 80-90-cı illərin lokal ərazi mübahisəsi fonunda sovetlər birliyinin parçalanması ilə nəticələnən  bəzi məqamları canlandı.

 

1986-ci ilin iyul ayında Nəsimi rayonunun o zamanlar Maarif şöbəsi adlanan Təhsil qurumuna müdir vəzifəsinə təyin olunmuşdum. Açığı mənim üçün bu təyinat nisbətən gözlənilməz olsa da, tükənməz həvəsim və gənclik enerjimə güvənərək, bu məsul vəzifənin öhdəsindən gələ biləcəyimə hər cür əsasım var idi. Təyinatla kənd müəllimliyindən tutmuş, məktəb idarəetməsinin bütün pillələrini adlamışdım. Ali ixtisas təhsilindən savayı, aspiranturada pedaqoji sahə üzrə akademik təhsil belə almışdım.

 

Böyük arzu və ümidlərlə işə başladım. Qazandığım təcrübə və elmi-tədqiqat xarakterli araşdırmalara əsaslanaraq, təhsildə yeni-yeni ilklərə imza atmağı qarşıma məqsəd qoymuşdum. Məlum hadisələr bütün yaradıcılıq planlarımı pozdu. Ermənistandan didərgin düşmüş həmvətənlərimizi işlə təmin etmək, paytaxtda hələ də çoxluq təşkil edən mənfur millətin düşməncilik cəhdlərinin qarşısını almaq- bütün səylərimiz yalnız bu kimi işlərə yönəlmişdi.

 

Bu yandan da “Qarabağ münaqişəsini xalqların öz müqəddaratını təyinetmə hüququ ilə ərazi bütövlüyü prinsipləri arasında həlli çətin olan ziddiyyətin klassik nümunəsi” adlandırılan problemin ortalığa çıxması və ya atılması, vəziyyəti bir qədər da kəskinləşdirmişdi.1987 ilin payızında bir çox dırnaqarası narazı qüvvələr tərəfindən vəziyyətin dəyişdiyini hiss edilərək, oktyabrın əvvəlində Yerevanda keçirilən mitinqdə ilk dəfə olaraq DQMV-nin (Dağlıq Qarabağ Muxtar Vilayətinin) Ermənistan SSR-ə verilməsi barədə tələb səslənməyə başladı. Yerli mətbuat müxtəlif bəhanələrlə Azərbaycan rəhbərliyini bölgə iqtisadiyyatını gerilətməkdə, erməni mədəniyyətini sıxışdırılmaqda və Dağlıq Qarabağla Ermənistan arasında ələqələri əngəllətməkdə ittiham edirdi.

 

Dağlıq Qarabağ və Ermənistanda muxtar vilayət statusunun dəyişdirilməsi üçün minlərlə saxta imza toplanmışdı. 1989-cu ilin yanvarından SSRİ-nin dağılmasına qədər Dağlıq Qarabağda faktiki olaraq birbaşa prezident üsul idarəsi qüvvədə oldu. Hakimiyyəti Mərkəzin emissarı Arkadi Volski, həmin ilin noyabr ayından isə Sergey Polyaniçko həyata keçirirdilər. Birincini ermənipərəstlikdə, ikincini isə azərbaycanpərəstlikdə ittiham edirdilər. Hər iki respublikada görülən tədbirlər yarımçıq tədbir kimi qarşılanırdı.

 

Mətbuatın yazdığına görə Sovet Politbürosu bəyanatı isə ondan ibarət oldu ki,“mövcud ərazi-milli quruluşun yenidən baxılmasına yönəlmiş tələb və hərəkətlər Azərbaycan və Ermənistan SSR zəhmətkeşlərinin maraqlarına ziddir və millətlərarası münasibətlərə zərər vurur. Sov.İKP MK-si Azərbaycan və Ermənistan MK-nə yaranmış vəziyyətin sağlamlaşdırılması üçün lazımi tədbirlərin görülməsini, siyasi və ideoloji təsirin bütün vasitələrini Lenin milli siyasətinin izahatına yönəltməyi tapşırdı.” Necə deyərlər, Vəssalam, şüt tamam!

 

Belə bir şəraitdə qərara alındı ki, Qarabağa dəstək kompaniyası çərçivəsində bu regionlara müəyyən mənəvi dəstək və maddi yardımlar göstərilsin. Digər müəssisə və təşkilatlar kimi, paytaxtın bütün təhsil qurumları da bu dəstək missiyasına ürəkdən qoşuldu. Rayonumuzun bütün təhsil müəssisələri imkanları daxilində  yardımlarını əsirgəmədilər. Mən və ıki nəfər digər əməkdaş aksiya çərçivəsində Fizuliyə yollandıq, bir sıra görüşlər keçirdikdən sonra, geri qayıdarkən qaranlığa düşəcəyimizdən ehtiyatlanaraq, məktəb direktorlarından birinin evində gecələməli olduq.

 

Axşam şam yeməyi zamanı qəfildən atəş səsi eşidildi. Pəncərənin dəhşət saçan cingiltisindən yerə əyildik. Çilik-çilik olan şüşə qırıqları masanın üstünə töküldü. Ev sahibi fürsət tapıb işıqları söndürdü. Onun təkidi ilə bir müddət ayağa qalxmağa cürət etmədik. Şam yeməyini yerdə süfrə salıb, şam işığında başa vurmalı olduq. Səhəri gözümüzlə açdıq. Gecələmədiyimiz vaxtda söhbətlərdən belə məlum oldu ki, rayonun ayrı-ayrı kəndlərində bu kimi təxribatlar birinci hal deyil. Halbuki, o vaxt hərbi döyüşlər getmirdi. Görünür, hansısa erməni daşnak Bakıdan gələn qonaqları, yəni bizi qorxutmaq fikrinə düşübmüş..

 

 

Deməyim odur ki, hələ o vaxtlar, dinc dövrdə belə mənfur düşmənin mülki əhaliyə qarşı yönələn iyrənc xislətinin bilavasitə şahidi olmuşam və gəldiyim yekdil qənaət ondan ibarətdir ki, ən vəhşi heyvanların əhilləşdirilməsi mümkün olan bir zamanda bu yırtıcıların xəstə təfəkkürünün müalicəsi hələ ki tapılmayıb. Görünür, bu müalicə üsullarını axtarıb tapmaq  missiyası bizim şanlı və rəşadətli ordumuzun öhdəsinə düşür. Bu  günlər artıq, ard- ardınc Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və onlarla kəndin və strateji yüksəkliklərin də işğaldan azad olunması xəbərini eşitdikcə,  Qarabağa növbəti səfərlərimə ümidim ikiqat artır. Ancaq, bu dəfə qorxusuz və hürküsüz, tam əminlik, güvənlik və arxayınçılıqla…