Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə, ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün hazırlıq işlərinə start verilib.