Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 11:15:02
İnsanlığın cəmi 100 il ömrü  qalıb? - Məşhur alimin son proqnozları

 

Bir neçə ay bundan öncə dünyasını dəyişən ingilis fizik Stiven Hokinq insanlıq tarixinin – bəşəriyyətin mövcudluğunun  davam etməsi üçün 100 il ərzində yeni planetdə həyata başlamağın vacib olduğunu bildirmişdi. O, sağlığında dəfələrlə qlobal istiləşmə və insan sayının artması kimi təhlükələr haqda danışmışdı.

Albert Eynşteyndən sonra dünyanın ən böyük fiziki sayılan  ingilis professor Stiven Hokinq vaxtilə insanlara xəbərdarlıq da  etmişdi. O, həyatın mövcudluğunu  davam etdirmək üçün  başqa bir planetdə kaloniyaların qurulmasına başlamağın vacibliyini bildirərək,  bunun üçün bir təqvim də açıqladı.

Hokinq  BBC-də yayımlanan “Expedition New World” verilişinə verdiyi son açıqlamasında  qlobal istiləşmə, insan sayının artması,  yoluxucu xəstəliklər səbəbindən dünyanın çox təhlükəli hala gəldiyinə diqqət çəkmiş, bəşəriyyətin xilası üçün 100 il gərəkdiyini bildirmişdi.  Daha əvvəl isə bunun üçün insanlara hələ 1000 il lazım olduğunu da vurğulamışdı. Sonradan onun bu tarixi olduqca önə çəkməsi insanlarda təəccüb doğurmuşdu.

Havkinqin fikirncə yeni planet axtarışında insanların qarşı-qarşıya gəldiyi ən böyük təhlükə dünya xaricində olan varlıqlar idi.

O, başqa bir açıqlamasında  kosmosda  fərqli yaşam tərzi ilə qarşılaşarlarsa, bunun dəhşətli nəticələri ola biləcəyini demişdi. O,  yadplanetlilərin gözündə insanın adi bakteriyadan fərqli görünmədiyi düşünürdü.

Qeyd edək ki, Stiven Hokinq  Oksfordda fizika, Kembricdə isə kosmologiya təhsili alıb. Kvant fizikası və qara dəliklərlə bağlı araşdırma aparan alim  21 yaşında ikən yan amiotrofik skleroza  yoluxub. Xəstəlik nəticəsində Hokinq ömrünün  sonunadək əlil arabasında yaşayıb  və danışıq qabiliyyətini itirib. O, yalnız nitq sintezatoru ilə ünsiyyət qura bilib.

Hokinqin 1988-ci ildə yazdığı “Zamanın qısa tarixi” adlı kitabı dünya miqyasında  ən çox satılan kitablar siyahısına daxil edilib  və onun məşhurlaşmasına səbəb olub.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları