Azedu.az

Müəllimlərin yerdəyişmə müsabiqəsində namizədlərə bəzi güzəştlər ediləcək

MİQ

20 İyun 2020, 10:00
Müəllimlərin yerdəyişmə müsabiqəsində namizədlərə bəzi güzəştlər ediləcək

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq müəllimlərin yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

 

AzEdu.az  xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi məlumat yayıb.

 

Məlumatda bildirilir ki, namizədlər şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyəcəklər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.(Apa.az)

 

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox