Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-09 14:48:00
Kurikulum sisteminin Finlandiya modeli -Müəllimlər üçün maraqlı bilgilər

 

 İnkişaf etmiş dünya ölkələrinin təhsil sahəsində bir-birinə yaxınlaşması, təhsil müəssisələrinin, təlim-tərbiyə prosesinin qarşılıqlı inteqrasiya olunması təhsilin müasir inkişaf tendensiyalarının əsasını təşkil edir. Elə buna görə də Azərbaycanda həyata keçirilən təhsil islahatının başlıca məqsədi onu dünya standartları çərçivəsində irəli aparmaqla qabaqcıl ölkələrin sırasına çıxarmaqdan ibarətdir. Bunun üçün, ilk növbədə, dünyanın sivil ölkələrinin təhsil təcrübələrini öyrənib ümumiləşdirmək, ən faydalı olanlardan istifadə etmək zəruridir. Finlaniyanın təhsil sisteminə qısa nəzər salaq:

 

 Finlandiyanın təhsil sistemində ilk pilləni məktəbəqədər təhsil təşkil edir. Bu mərhələ uşaqlar üçün həm pulsuz, həm də könüllüdür. Maraqlıdır ki, ölkədə uşaqların 94%-ə qədəri məktəbəqədər təhsilə cəlb olunur. Burada təhsil prosesi 2000-ci ildə qəbul edilmiş milli kurikuluma əsasən aparılır və illik tədris-tərbiyə 700 saatdır. Orta təhsilin müddəti isə 12 ildir. Əvvəllər icbari təhsil 6 illik olmuşdur. Uşaqlar 7 yaşından əsas məktəbin 1-ci sinfinə qəbul olunmaq imkanı qazanırlar. I-VI siniflərdə, əsasən, bir müəllim dərs deyir.

 

 

Məktəbi bitirən şagirdə iki sertifikat verilir:1) keçdiyi fənlərin və kursların orta balı; 2) orta təhsil üzrə buraxılış imtahanlarının balı.

Finlandiyada özəl məktəblər 2%-dir. Ölkədə valideynlər tərəfindən heç bir ödəniş olmur, özəl məktəbləri də dövlət maliyyələşdirir. Finlandiyada ali təhsil 5 il müddətində müxtəlif institut və universitetlərdə həyata keçirilir. Bu təhsil müəssisələrində bakalavriat və magistratura pillələri mövcuddur.

 

Kurikulum və onun hazırlanması- Şagirdlərin bilik səviyyəsi 7 ballıq sistemlə (“4”–“10”) qiymətləndirilir

 

İlk növbədə, tədris-təlim prosesində müxtəlif texnologiyalaradan istifadə olunması vacib hesab edilir. Bunların məqsədyönlü şəkildə həyata keçirilmə- sində mühüm təhsil problemlərindən biri kimi kurikulum islahatının aparılması ön plana çəkilir. Finlandiyada bu islahatın aparılması sahəsində xeyli işlər görülmüşdür. Finlandiyada kurikulumun ölkə (milli), yerli, miqyaslı məktəbdə istifadə edilən növləri daha geniş yayılmışdır. Ölkə miqyasında hazırlanan (milli) kurikulumlar qlobal məzmun daşıyır, hər hansı bir təhsil mərhələsinin fəaliyyət göstərməsi üçün zəruri hesab edilən məsələləri  əhatə edir. Finlandiyada kurikulumun yerinə yetirilməsi nə dərəcədə vacib hesab olunursa, onun hazırlanması da o səviyyədə ciddi məsuliyyət tələb edir. Ona görə də kurikulumun obyektivliyini ve reallığını təmin etmək üçün, ilk növbədə, mütəxəssislərdən və qabaqcıl müəllim- lərdən ibarət işçi qrupu yaradılır. Bundan əlavə, xüsusi məktəblər seçilir ki, onlar irəli sürülən müddəaların məqsədəuyğunluğunu yoxlamağa imkan yaratsın,başqa sözlə, məhək daşı rolunu oynasın və kurikulumun hazırlanmasına kömək etsin. Eyni zamanda bu işlə əlaqədar olan şəxslərin geniş miqyasda fəaliyyəti üçün internet səhifəsi açılır, məlumatlar toplanır, qruplar arasında əməkdaşlığa, fikir mübadiləsinə şərait yaradılır. Finlandiyada kurikulumların hazırlanması ilə xüsusi bir təşkilat – Milli Təhsil Şurası məşğul olur. Finlandiyada sinifdaxili qiymətləndirmə sahəsində də zəngin təcrübə vardır. Şagirdlərin bilik səviyyəsi 7 ballıq sistemlə (“4”–“10”) qiymətləndirilir. Bu ölkədə şagirdin təlim fəaliyyətini qiymətləndirmək sadəcə qiymət vermək məqsədini güdmür, mahiyyət etibarı ilə, güclü stimulyator kimi şagirdin irəliyə doğru inkişafına təkan verir, ən qüvvətli motivasiya rolunu oynayır, şagirdin inkişaf dinamikasını izləməyə şərait yaradır.

 

Finlaniyada məktəb müəllimləri mütləq magistraturanı bitirməlidir.

 

 

“Məktəblərin jurnallarını nəzərdən keçirərkən biz şagirdlərin cari qiymətləri ilə rastlaşa bilmədik. Bunun səbəbini soruşduqda, bütün qiymətlərin kompüterin yaddaşında olduğu bildirildi. Əlavə olaraq deyildi ki, qiymət müəllim üçün lazımdır və şagirdin inkişaf dinamikasını izləmək üçün məhz müəllim ondan istifadə edir. Biz məktəbdə verdiyimiz “Bəs müəllimin şagirdi obyektiv, yaxud qeyri-obyektiv qiymətləndirməsinə necə nəzarət edirsiniz?” sualını direktor başa düşmədi. ”Axı biz müəllimi nə üçün yoxlamalıyıq. Biz müəllimlərə inanırıq. Onlar öz işlərini yaxşı bilirlər. Bir də ki, bizim müəllimlərimiz ən azı magistraturanı bitiriblər. Onları təqib etməklə məktəbdən qaçıra bilərik,” – deyə bizə cavab verdi.

Finlandiyada müəllim hazırlığı yalnız universitetlərdə aparılır. Tələbənin yüksək səviyyədə müəllim ixtisasına yiyələnməsi, peşəkarlığa malik olması vacib tələblərdən hesab edilir. Ona görə də məktəb müəllimi hüququ almaq üçün magistraturanı bitirmək mühüm şərt kimi qarşıya qo- yulur. İndi bu ölkənin məktəblərində dərs deyən bütün müəllimlər magistr dərəcəsi almış pedaqoqlardır. Onların yetişməsində Finlandiya universitetlərinin, o cümlədən Helsinki Universitetinin xüsusi rolu vardır.

   

Qeyd: Mənbə: ƏNVƏR  ABBASOV-“İnkişaf etmiş xarici ölkələrdə təhsil”

 

 

 

 

 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları