Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 13:53:00
Məktəblərdə nüfuzsuz hesab edilən fənlərin əhəmiyyəti nədir?

Məktəblərdə hansı fənlərin öyrədilməli olduğu haqqında debatlar təhsilin yarandığı ilk günlərdən bu günə qədər davam edir və bu yolda kurikulum köklü dəyişikliklərə məruz qalıb.

Elm və texnologiyanın böyüyən təsiri intellektual mühitdən də yan keçmədi.  Yeni psixologiya elmi şüur və öyrənmə ilə bağlı yeni nəzəriyyələr təklif etdi.

Kütləvi təhsil yayıldıqca tədris planının indi də təhsil sahəsində dominatlığını qoruyan yeni növü formalaşmağa başladı.  Dövlət kurikulumları adətən, ayrı-ayrı fənlər əsasında tərtib edilir: riyaziyyat, fizika, tarix və.s  Bu fənlər arasında demək olar ki, iyerarxiya mövcud olur, xüsusilə, yuxarı siniflərdə. Bunu hər üç fənn üçün ayrılmış vəsait və resursun həcmi əsasında, həmçinin icbari, fakultativ, yoxsa formal olaraq qiymətləndirildiklərinə baxmaqla müəyyənləşdirmək olar.

Ən yuxarı pillədə riyaziyyat, dil və təbiət elmləri dayanır. Onlardan sonra humanitar fənlər-tarix, coğrafiya, bəzən də sosial elmlər gəlir. Ən aşağı pillələr incəsənət və bədən tərbiyəsi üçün ayrılır. “İncəsənət” çox vaxt musiqi və təsviri incəsənəti əhatə edir.

Teatr sənəti, adətən (əgər ümumiyyətlə, tədris olunarsa) əksər sistemlərdə- məktəblərdə nadir hallarda rast gəlinənm rəqsdən sonra ən nüfuzsuz incəsənət forması hesab edilir.

Gördüyümüz kimi, nəticədə şagirdlərin əksəriyyəti məktəbin darıxdırıcı olduğunu  və ya stess doğurduğunu düşünür , onu zövq alınan yox dözmək məcburiyyəti qaldıqları bir təcrübə hesab edirlər.  Bəs məktəblərin kurikulumu necə olmalıdır?

Ənənəvi kurikulum vacibliyinin şübhə doğurmadığı düşünülən ayrı-ayrı fənlərin cəminə əsaslanır. Problemlərdən biri də budur.  Bunun üçün əvvəlcə şagirdlərin aldıqları təhsil nəticəsində bilməli və bacarmalı olduqlarını özümüzdən soruşmalıyıq. Bu sual kurikulumun yenidən formalaşdırılması üçün müxtəlif cəhdlərin göstərilməsinə gətirib çıxarır.

İncəsənət sahələri insani yaşantıların xüsusiyyətləri ilə bağlıdır. Biz musiqi, rəqs, təsviri incəsənət, dram  və digər incəsənət sahələri vasitəsilə duyğularımıza, özümüz haqqında düşüncələrimizə, bizi əhatə edən dünya haqqında təsəvvürlərimizə forma veririk. İncəsənət sahələri haqqında bilmək və ya onların özlərini öyrənmək zehni inkişaf üçün vacibdir.  İncəsənət sahələri intellektin müxtəlifliyini təcəssüm etdirir və onun inkişaf etdirilməsi üçün praktik  yollar irəli sürür. İncəsənət  növləri  bəşər mədəniyyətinin ən parlaq təzahürlərindəndir.  Digər xalqların yaşam tərzini anılamaq üçün onların musiqisi, rəqsi, şifahi və yazılı incəsənət sahələri ilə tanış olmaq lazımdır. Musiqi, rəsm, şeir və pyes ən dərin istedadlarımızın və ehtiraslarımızın təzahürüdür. Başqalarının incənəti ilə maraqlanmaq dünyanı onların gözü ilə görməyin və hiss etməyin ən dolğun üsuludur.

Ken Robinson “Yaradıcı məktəblər” kitabından.

Ayşə Müseyib.