Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 13:27:00
Direktor namizədlərin nəzərinə: Hərbi rəhbər neçə saat dərs deməlidir? 

AzEdu.az direktorların işə qəbul müsabiqəsində iştirak etmək istəyən namizədləri məlumatlandırmaq məqsədilə müsahibə mərhələsində verilə biləcək sualların cavabını təqdim edir. Onlardan biri də hərbi rəhbərlərin iş sturukturu ilə bağlıdır:

Sual:

Kimlər Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri ola bilər və o neçə saat dərs aparmmalıdır?

Cavab:

Bu vəzifədə ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda olan zabitlər işləyə bilərlər.

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün xüsusi imtahan keçirilir. Müsabiqəyə qatılan şəxslərə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilir.

Ümumiyyətlə, bu barədə məlumatlar Təhsil Nazirliyinin 1999-cu il 26 yanvar tarixli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati və təsərrüfat, tədris – köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında normaları”nda qeyd edilib.

Sənədə uyğun olaraq, ümumtəhsil məktəblərində hərbi rəhbərin hərbi hazırlıq üzrə həftədə 8, ildə isə 360 saata qədər tədris etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına daxil edilir. Həmin saatlar üçün əlavə haqq ödənilmir.

Amma onlara haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə, tarifləşmə siyahısına salınmaqla həftədə 12, ildə 480 saata qədər dərs yükü verilə bilər. Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə ( hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər.

Bundan əlavə, zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əməkhaqqı saathesabı ödənilməklə həftədə 6, ildə 240 saata qədər əlavə dərs verilə bilər.

Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydada həftədə 6, ildə 240 saata qədər dərs apara bilərlər.

Hərbi hazırlıq rəhbərləri nə qədər əmkhaqqı almalıdırlar?

Orta ixtisas təhsili, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi və ya ali təhsili, pedqoji stajı hər iki halda 5 ilə qədər olanlar – 275 manat;

Ali təhsili, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsili, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsili, pedaqoji stajı 5 ildən və pedaqoji staja tələb qoyulmadan ali hərbi təhsili olanlar – 292 manat əməkhaqqı alırlar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları