Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-03 12:24:00
Abdulla Şaiqlə bağlı sənədlər rəqəmsallaşdırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) və Abdulla Şaiqin Mənzil Muzeyi görkəmli şair, ədəbiyyatşünas, dramaturq, ictimai xadim,  müəllim, publisist Abdulla Şaiqin yaradıcılığına dair fondlarını elektron kataloq və elektron bazada birləşdirərək mübadilə ediblər. Bazada 100-dən artıq kitab və 50-dən artıq məqalə yer alır.

Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, yazıçının nəvəsi Ülkər Talıbzadə MEK-in Rəqəmsallaşdırma və Kitabxana-Xidmət şöbələrinin əməkdaşlarına təşəkkür edərək, kitabxana ilə muzey arasında əlaqələri yüksək qiymətləndirib, rəqəmsal sənədlərin şairin əsərlərinin gələcək nəsillər üçün qorunub saxlanılması işində əhəmiyyətindən danışıb.

MEK direktoru Leyla İmanova rəqəmsallaşdırılmış sənədlərin kitabxananın Milli Rəqəmsal Yaddaş bazasında 20000-ə yaxın sənəd arasında yer aldığı və mühafizə olunduğu, yaranan əməkdaşlıqdan MEK kollektivinin də məmnun qaldığı və görülən işlərin Azərbaycanın milli sərvəti olan Abdulla Şaiqin xatirəsinə kiçik töhvə olduğunu bildirib.

Sonra MEK-ə A.Şaiqin Mənzil Muzeyi tərəfindən tərtib olunan “İbrət və müqabilə, yaxud ümmətlər ixtilafı” , “Əgər Şaiq olmasaydı” və Kamal Talıbzadənin yaradıcılığına həsr olunan “Kamal Talıbzadə. Kübarlıq məktəbi” adlı kitablar təqdim olunub.

Sonda qonaqlar Kitabxana-xidməti və Rəqəmsallaşdırma şöbələrinin fəaliyyəti ilə yaxından tanış olublar.