Azedu.az

Məktəblimiz Bolqarıstanda keçirilən XI İnformatika üzrə beynəlxalq turnirdə medal qazanıb

25 Noyabr 2019, 16:04
Məktəblimiz Bolqarıstanda keçirilən XI İnformatika üzrə beynəlxalq turnirdə medal qazanıb

Bolqarıstanın Şumen şəhərində XI İnformatika beynəlxalq payız turniri (XI International Autumn Tournament in İnformatics) keçirilib.

AzEdu.az xəbər verir ki,  Bolqarıstan, Serbiya, Rumıniya, Rusiya, Ukrayna və daha bir neçə ölkənin təmsil olunduğu olimpiadaya Azərbaycan məktəbliləri də qatılıblar. Yarışda iştirak edən Əziz Hüseynov uğurlu nəticə göstərərək gümüş medal qazanıb. O, Gəncə şəhəri 15 nömrəli tam orta məktəbin şagirdidir.

Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.(Azərtac)

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox