Azedu.az

Təbiəti sevənlər

16 Noyabr 2019, 09:21
Təbiəti sevənlər

Bərdə  şəhər 5 nömrəli tam orta məktəbdə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olan  “Təbiəti sevənlər” layihəsi çərçivəsində “Ekologiyaya antropogen təsirlər” mövzusunda diskussiya təşkil edilib.

Tədbirdə məktəbin direktoru T.Həmidov, layihənin ekoloqu X.Musayev, layihənin eksperti  Z.Əsədova, təlimçi - müəllim A.Həsənova, layihə rəhbəri Ş.Həsənova,  məktəbin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə “dəyirmi masa” ətrafında mövzu haqqında fikirlər dinlənilib, şagirdlərin hazırladıqları rəsm işləri nümayiş olunub, maraqlı təkliflər səsləndirilib.

Sonda ekspertlər tərəfindən fərqləndirilən 5  şagirdə hədiyyələr təqdim olunub.(Azərbaycan müəllimi)

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox