Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-02-13 13:25:00
Zahid Orucun elmi işçi işlədiyi institut, vacib təhsil təklifləri 

 

 

Prezident İlham Əliyev fevralın 11-də deputat  Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 Zahid Oruc hər zaman həm ictimaiyyətdə, həm də mediada hər zaman maraqlı və intellektual persona kimi xarakterizə edilib.

 AzEdu.az Zahid Orucun təhsili və bu sahə ilə bağlı fikirlərini təqdim edir:

 Zahid Oruc 1972-ci ildə  Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinə  daxil olub.

 1994-cü ildə ali məktəbi də əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunun  aspiranturasına daxil olub. Sonra AMEA-nın Fizika İnstitutunda elmi işçi kimi çalışıb.

 Tələbəlik illərindən  fəal siyasi həyatı davam etdirərək “Ana Vətən” partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini təyin edilib.

 Rus, ingilis və türk dillərini bilir.

 Mətbuatda yazılanlardan...

Zahid Oruc həyat yoldaşı Şəhla Orucova ilə tələbə yoldaşı olublar. Onlar 5 il birlikdə Azərbaycan Texniki Universitetində oxuyublar. İki övladları var – oğlu Elton və qızı Eltac.

Elton Orucov – 17 yaşında, Eltac Orucova isə 12 yaşındadır:

"Həyat yoldaşım uzun müddət işləməyib. 2-3 il sosial müdafiə sistemində, sonra isə kitabxanada məsləhətçi olaraq çalışmaqda davam edir. Konkret olaraq siyasi mənsubiyyət daşımasa da, ölkənin həyatı, onun gerçəklərinə obyektiv baxışa malikdir”.

 Modern.az saytına müsahibəsindən...

 “Təbii ki, onu da biz etməliyik. Hökumətin borcudur. Müəllimin əmək haqqının aşağı olmasının sadə səbəbi var. Ölkədə 1 milyon 300 min şagird var. 179 min təkcə orta məktəbdə çalışan müəllimlərdir. Orta Avropa göstəricisinə görə 20 şagirdə 1 müəllim düşməlidir. Bizdə isə təqribən 8 şagirdə bir müəllim düşür. Bu minvalla 3 dəfə artıq yük mövcuddur. Tibb bacılarımızın da göstəricisi eynidir. Artım tələb edənlərin məntiqinə görə təhsilə çoxlu pul ayırmaq avtomatik olaraq on illərlə bir tələbə istehsal etməyən məktəblərin nəticəsini sizcə dəyişəcəkmi, yaxud repetitorluğu ortadan qaldıracaqmı? Deməli, kütləvi ixtisarlar və ya riyazi artım nəyisə dəyişməyəcək. Köklü təhsil islahatlarına ehtiyac var”.