Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-30 09:29:00
“Məktəb hansısa şirkətlə razılaşır və gəliri aralarında bölürlər” – Şagird formasında formasızlıq  

“Məktəbli formalarını orta təhsil müəssisələrinə satdırırlar. Bununla bağlı narazılıqlarınyaranmaması üçün nə isə düşünmək lazımdır.

Mən də vahid məktəbli geyiminin tərəfdarıyam, bu məsələdə nizam-intizamın olmasını istəyirəm. Amma bu məsələnin qanun layihəsinə salınması gələcəkdə yenidən bu sahədə monopoliyanın yaranmasına gətirib çıxaracaq”.

Bu sözlər Milli Məclisin Elm və təhsil komitəsininüzvü Sona Əliyevanın komitənin son iclasındakı çıxışındandır. İclasda “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə olunmuş, məktəbli forması məsələsinə də toxunulmuşdu.

Bəs, dünya ölkələrində şagirdlərin məktəbli forması ilə təmin edilməsi hansı üsulla həyata keçirilir? Monopoliyanın qarşısını almaq üçün hansı üsullardan yararlanırlar?

“Hərə öz büdcəsinə uyğun alış-veriş edir”

Mövzu ilə bağlı AzEdu.az-a danışan ABŞ orta məktəblərindən birində dərs deyən azərbaycanlı Əbülfəz Hacızadə bildirib ki, bu ölkədə hər məktəb özü üçün vahid formaseçir:

“Bu, iki cür olur: Ya məktəb üzərində təhsil müəssisəsinin adı olan formanı şagirdə satır, ya da ümumi bir forma seçilir və  bunu şagirdlər özləri əldə edirlər. Məsələn, standart qara, üçdüyməli köynək və qara kətan şalvar geyinmək tapşırılır. Şagirdlər bunu əsas tutaraq fərqli yerlərdən kətan şalvar və qara üçdüyməli köynək alırlar. Belə olduqda hərə öz büdcəsinə uyğun alış-veriş edir”.

“Məktəb formaları digər geyimlərlə müqayisədə daha bahalıdır”

O, Azərbaycan və Amerikadakı məktəbli formalarını müqayisə edərkən deyib ki,  ABŞ-da forma bizim məktəblərlə müqayisədə daha sadə olur:

“Azərbaycanda forma çox vaxt kostyum, köynək və şalvardan ibarət olur. Amma burada daha çox kətan şalvar və sadə adi köynəyə üstünlük verilir.

Amerika yaşayış səviyyəsini nəzərə alsaq, forma qiymətləri standartdır. Məktəb formaları digər geyimlərlə müqayisədə daha bahalıdır. Çünki məktəb çox vaxt hansısaşirkətlə razılaşır və onlar formadan gələn gəliri aralarında bölürlər. Düzü, Azərbaycandakı forma qiymətlərindən xəbərsizəm. Amma ABŞ-da bu yaşayış səviyyəsinə görə çox baha olmur.

ABŞ-da məktəbli formalarında daha rahat rənglərdən istifadə olunur. Məsələn, mənim işlədiyim məktəbdə uşaqlar VIII sinfə qədər mavi köynək, qara kətan şalvar, yuxarı siniflərdə isə qırmızı köynək və qara kətan şalvar geyirlər”.

“Dərsdə telefon, qulaqcıq kimi şeylərdən rahatlıqla istifadə etmək olur”

Çoxları düşünür ki, məktəbin vahid forması həm də oradakı nizam-intizamdan xəbər verir. Əbülfəz müəllim isə düşünür ki, Amerikan orta məktəblərində nizam-intizam bizdəki qədər deyil:

“Burada dərsdə telefon, qulaqcıq kimi şeylərdən rahatlıqla istifadə etmək olur. Amma bəzi özəl orta məktəblərdə nizam-intizama çox önəm verilir. Məsələn, mənim işlədiyim məktəb özəldir. Buna görə də intizama önəm verilir. Burada dərs vaxtı məktəbdə telefon istifadə etmək olmaz. Bu orta təhsil müəssisəsində böyük disiplin var. Mən Azərbaycanda Lənkəran Özəl Türk Liseyində oxumuşam. Bu məktəbdə orada  görüdüyümdisiplininbənzərliklərinigörürəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları