Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-29 14:04:06
Bağçaları “uşaq həbsxanası”na döndərən lazımsız şərtlər, ağır normativlər – Ekspertdən tutarlı iradlar  

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixində qəbul etdiyi qərarla tənzimlənir. Bu qərarda bir məktəbəqədər təhsil müəssisəsinin fəaliyyət göstərməsinə əsas verən normativlər əks olunub. Təhsil müəssisələrinin quruluşu, binanın harada yerləşməsi, bağçadakı uşaqların say həddi, sanitar gigiyenik normalar – hər biri burada əksini tapıb. Bağça açmaq istəyən sahibkar öncə sənədlə tanış olmalıdır. Əks təqdirdə, lisenziya zamanı baxış keçirilərək mənfi rəy veriləcək.

Bəs, həmin normativlər nə dərəcədə lazımlı və günümüzün reallığı ilə uyğundur? Bir sahibkar üçün bu normativlərə əməl etmək çətin deyil ki?

Mövzu ilə bağlı AzEdu.az-a danışan “Bağçam” uşaq bağçaları şəbəkəsinin qurucusu, təhsil menecmenti üzrə ekspert Rasif Dünyamalıyevin fikrincə, hazırki bəzi normativlər əsassızdır və bugünə uyğun deyil. Çünki həmin normativlər Sovet dövründə qəbul olunub. Müstəqillik dövründə isə ona kiçik dəyişikliklər edilib:

“Məsələn, normativlərə əsasən, yataq otağı 50 kvadratmetr olmalıdır. Orada 10, yoxsa 20 uşaq olmasından asılı olmayaraq bu qədər sahə ayrılmalıdır. Nəticədə sahibkar  yataq otağını təmin etməkdə çətinlik çəkir. Bu, sahibkara maneədir. Çünki şəhərdə obyektlərin kvadratının qiyməti çox bahadır. Sahibkar kiçik bağça açmaq istəyirsə, bunormativona icazə vermir.

Normativlər deyir ki, bağçada mütləq camaşırxana olmalıdır. Bu, Sovet dönəmində vacib idi. Çünki camaşırxanalar geniş yayılmamış, texnologiya indiki kimi inkişaf etməmişdi. Həmin normativ indi də qalır və lisenziya zamanı yoxlanır. Halbuki, hazırda camaşırxana fəaliyyəti göstərən müxtəlif obyektlər var. Sahibkar bu obyektlərlə müqavilə bağlayıb camaşırları həftədə bir dəfə onlara verə biləcəyi halda, müəssisənin içində camaşırxana yaratmaq məcburiyyətindədir. Bu, baha başa gəlir. Amma bunsuz da lisenziya ala bilmirəm. Üstəlik,sahibkar həmin camaşırxananı işlətmək üçün ayrı, paltarın ütülənib-qurulanması üçün ayrı işçi tutmalıdır. Hətta geyimlər üçün 3 yer ayrılmalıdır: yuyulma, qurunma və yumşaq invertarın saxlanma yeri”.

Ekspert bağçalara qoyulan digər şərtlərdən də söz açarkən bildirir ki, əvvəl normativlər ağır olduğuna görəməktəbəqədər təhsil müəssisələrinin sayı az idi. Sonradan Prezident məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasınadəstək göstərməyi tapşırıb və Təhsil Nazirliyi, lisenziya verən orqanlar bu işəbir az dəstək olublar:

“Amma normativlər hələ də günün reallığına uyğunlaşdırılmayıb və biristiqamətlidirlər. Məsələn, bağçanın həyətyanı sahəsi 1 hektara yaxın olmalı, ətrafı aralarında 1 metr məsafə olmaqla kollarla əhatəolunmalıdır. Axı, Bakıda 1 hektar ərazini  hansı sahibkar götürüb bağça edər? Bu gün paytaxtda yaşıllıq tapmaq olur?!

Bina altında 100 nəfərlikdən artıq bağça açmaq olmaz. Bu gün böyük komplekslərin altında icarə qiyməti ucuz olan nəhəng sahələr boş qalıb. Amma normativ icazə vermədiyinə görə oralarda bağça açmaq olmur.

Normativlərə görə, tədris və yataq otaqları ayrı olmalıdır. Hər qrupun öz sanitar qovşağının olması vacibdir. Bu, virusun digər otaqlara yayılmaması üçündür.Çox gözəl! Amma  bağçada yeməkxana vacib olsa da, normativlərdə bu qeyd olunmayıb. Sadəcə sahibkar keyfiyyətli iş görmək istəyirsə, bunu etməlidir. Uşaq eyni yerdə yatıb, durub, oynaya bilməz. Bu, uşaqda düzgün vərdişlər formalaşdırmır. Yəqin ki, yeni normativlərdə bunu nəzərə alarlar.

“Lisenziya verəndə sahədən çox bu məsələyə önəm versinlər”

Qanunvericilik deyir ki, qabyuyan sahə mətbəxdən ayrı olmalıdır. Bu gün texnologiya inkişaf edib və artıq qabyuyan maşın var. Niyə mən bir sahibkar olaraq bundan ötrü xüsusi sahə ayırmalıyam? Axı, hər sahənin ayrılması investisiyanı artırır. Sahibkar isə da bu işin mənfəətinə baxır. O mənfəət əldə edə bilməsə, müəssisəni bağlayacaq. Halbuki qabyuyan sahə olmayanda bağçaya mənfi rəy verilir və lisenziya ala bilmir.

Yumşaq invertar və digərləri üçün ayrı-ayrılıqda olmaqla, 3 anbar tələb olunur. İdman və musiqi zalı birgə olmalıdır. Həkim otağı mütləq izolyator bölməsi ilə olmalıdır. Bir çox sahibkarlar bunu gözardı edir, müəssisədə həkim saxlanmasına artıq şey kimi baxırlar. Amma bu, uşaqların sağlamlığı üçün mütləqdir. Hətta deyərdim ki, lisenziya verəndə sahədən çox bu məsələyə önəm versinlər”.

“Bütün bağçalar Bakının mərkəzində formalaşıb”

Normativlərin ağırlığı və müasir dövrün reallığı ilə ayaqlaşmaması səbəbindən bəzi sahibkarlar qanunsuz fəaliyyət göstərməli olurlar:

“Onlar yığcam ərazini götürüb orada kiçik bağça açır, “tədris mərkəzi” adı ilə işlədirlər. Çünki “bağça” adını versələr, normativlər bu bağçanı heç açmağa da icazə verməyəcəklər. Qanunvericilikdə bu məqamları aradan qaldırmaq lazımdır ki, sahibkarlar kölgə iqtisadiyyatı ilə məşğul olmasın, açıq və rəsmi şəkildə fəaliyyət göstərsinlər. Belə olduqda dövlət də hansı ərazilərdə bağçanın az olduğunu görüb, onu açmağı təşviq edər. Məsələn, bu gün bütün bağçalar Bakının mərkəzində formalaşıb. Çünki kənar ərazilərdə böyük yaşayış evləri, ərazilər yoxdur. Buna görə də sahibkarlar kənar ərazilərə gedə bilmirlər”.

Bunun cəriməsi də var. bunu Vergilər Nazirliyi yoxlaya bilir. Bir çox sahibkarlaragüzəşt olunur və onlar bundan sui istifadə edirlər. Amma hansı müəssisənin kurs və ya tədris mərkəzi olmasını rəsmi təsdiq edən kriteriyayoxdu. Kimsə gəlib desə ki, bura tədris mərkəzidir. O cavab verə bilər ki, uşaq bağçası omadığını sübut et. Vergilər Nazirliyi bunu sübut etsə, cinayət məsuliyyəti ilə tənzimlənə bilər. Dövlətə vurulmuş ziyan 1000 manatdan çoxdursa. Onlar təhlükəli işlə məşğuldurlar, sadəcə bilmirlər. 2024-cü ilə qədər gəir və mənfəət vergisindən azaddırlar. Belə olduqda vergi ödəməli olurlar. Bağçalarda isə güzəşt olunur. Lisenziya alslar.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları