Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-09 16:23:49
I-IV qrupların nəzərinə - Fizikanın qəbul proqramından bu mövzular çıxarılacaq?  

“Dərsliklə DİM proqramı tam uzlaşmır. Oradakı  tapşırıqlarla müqayisədə DİM-in təşkil edəcəyi qəbul imtahanının sualları bir qədər çətin olur. Əgər şagird dərslikdən sərbəst  hazırlaşmaqla DİM materiallarının öhdəsindən gələ bilmirsə, demək, dərslik yenidən işlənməlidir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Lənkəran rayon Boladi kənd 1 saylı tam orta məktəbinin Fizika-İnformatika müəllimi Seyran Əliyev deyib. Onun sözlərinə görə, DİM qəbulda situasiya tipli suallardan istifadə etdiyi halda dərslikdə bu cür suallar verilməyib:

“Test toplusunda situasiya tipli suallar yoxdur. Yalnız X sinif testində belə tapşırıqlara rast gəlmək mümkündür. Yaxşı olardı ki, o suallardan dərsliyi də salınardı”.

Seyran Əliyev qəbul proqramından çıxarılan və əlavə olunan bir neçə mövzunun adını da qeyd edib:

Çıxarılan mövzular: “Nisbilik nəzəriyyəsi" və üfüqə bucaq altında atılmış cismin ağırlıq qüvvəsinin təsiri altındakı hərəkət mövzuları, “Hündürlükdən üfüqi atılmış cismin hərəkəti”.

Əlavə olunan mövzu: “Sferik güzgüdə xəyalın qurulması”.

Müəllim dərsliklə DİM proqramının tam uzlaşmadığını vurğulayıb:

“Dərsliklərdəki tapşırıqlarla müqayisədə DİM-in təşkil edəcəyi qəbul imtahanının sualları bir qədər çətin olur. Əgər şagird dərslikdən sərbəst hazırlaşmaqla DİM materiallarının öhdəsindən gələ bilmirsə, demək dərslik yenidən işlənməlidir. Bu gün dəqiq fənlərdə repetitor olmadan DİM-in qəbul suallarını tam cavablandırmaq şagird üçün müşkül məsələdir. Məktəblərdə laboratoriya avadanlıqlarının olmaması isə bir ayrı problemdir”.

Xatırladaq ki, ixtisas qrupları üzrə qəbul proqramının yer alacağı “Abituriyent 1” jurnalı yaxın 10 gün ərzində nəşr olunacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları