Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-05 09:56:00
Bu oyunlarla uşaqların zehni daha yaxşı inkişaf edir – Saitdəyişmə, Bom-Fiz...

Oyunlar uşağın inkişafında, təhsilində və şəxsiyyətinin inkişafında əsaslı yer tutur. Onlar  oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır..

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az belə oyunlardan bir neçəsini nəzərinizə çatdırır:

Saitdəyişdirmə oyunu

Uyğun yaş dövrü: 8 yaşdan yuxarı.

Iştirakçı sayı: 2 nəfərdən yuxarı

Oynamaq üçün hansı vəsaitlər lazımdır: heç b ir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Gündəlik həyatda istifadə etdiyimiz sözlərin tərkibindəki saitlər dəyişdirilərək deyilir. Məsələn, uşaqlardan biri meyvə adlarını söyləyərkən sadəcə “a” saitindən istifadə etməlidir. Yəni uşaq portağal yerinə partağal, armud yerinə armad, gilas yerinə galas və s. deməlidir.

Bu üsulla meyvələr, tərəvəzlər, həftənin günləri və s. adları üzərində oynamaq olar.

Bu oyun  uşaqda cəld düşünmə bacarığını inkişaf etdirir.

Digər bir inkişafetdirici oyun isə “Bom-Fiz” oyunudur.

Oyun üçün uyğun yaş: 9 yaşdan yuxarı.

İştirakçı sayı: azı 2 nəfərlə oynanır.

Oyun vəsaiti: heç bir vəsaitə ehtiyac yoxdur.

Oyun necə oynanılır?

Uşaqlar dairəvi formada düzülür. Uşaqlardan biri “1” deyib saymağa başlayır, onun yanındakı “2” deyərək davam edir. Bunu ”5” sayına çatana qədər davam yerinə yetirmək lazımdır. “5”ə çatdıqda isə “BOM” deyilir. Daha sonra sayım davam edir və “7” əvəzinə “FİZ” deyilir. “5” və misilləri əvəzinə “BOM”, “7” və misilləri əvəzinə isə “FİZ” deyilir. Məsələn, 1,2,3,4,BOM,6, FİZ,

Bu oyun uşaqda  diqqətini cəmləməsi üçün vacibdir və cəld cavabvermə qabiliyyətinin inkişaf etməsinə şərait yaradır.

Rəna NƏBİ