Azedu.az

300-dən çox müəllim beynəlxalq təlimlərə cəlb ediləcək

21 İyul 2025, 11:38
300-dən çox müəllim beynəlxalq təlimlərə cəlb ediləcək

2025-ci ildə 300-dən çox müəllim ixtisasartırma və beynəlxalq təlimlərə cəlb ediləcək.

AzEdu.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, təlimlər Türkiyə, Almaniya və digər ölkələrdə təşkil olunacaq: “Böyük Qayıdış" çərçivəsində işğaldan azad edilmiş ərazilərdə isə 42 ixtisas üzrə 633 təlim keçiriləcək. 711 nəfər məzun olacaq".

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox