Azedu.az

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib

Müəllimlər və elm adamları

4 Fevral 2026, 11:44
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib

Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.

Bu barədə AzEdu.az-a MÜTDA-dan məlumat verilib.

Elm və Təhsil Nazirliyinin “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanan “Müəllim” mobil tətbiqi istifadədədir. Tətbiq elektron jurnalın imkanlarını genişləndirir və müəllimlərə davamiyyət, qiymətləndirmə, tədrisin planlaşdırılması və akademik nəticələrin izlənilməsi kimi əsas prosesləri mobil şəkildə daha rahat idarə etməyə imkan verir.

Hazırda tətbiq “Rəqəmsal məktəb” layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur, mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır.

Tətbiq iOS və Android üçün əlçatandır. “Müəllim” adı ilə axtararaq yükləyə bilərsiniz.

Ətraflı: //edu.gov.az/az/news-and-updates/22662-1

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox