Bakıda itkin düşən 19 yaşlı tələbə Vasif Abidinov tapılıb.
AzEdu.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk edərək naməlum istiqamətə gedən 19 yaşlı Vasif Elnur oğlu Abidinovun yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və o, polis şöbəsinə gətirilib.
“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.
Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, V.Abidinov Azərbaycan Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir. O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlibmiş.
***
Gəncə Dövlət Aqrar Universitetinin tələbəsi Bakıda itkin düşüb.
AzEdu.az xəbər verir ki, 19 yaşlı Vasif Abidinovdan bir neçə gündür xəbər yoxdur.
Məlumat üçün bildirək ki, Vasif Abdinov Gəncə Dövlət Aqrar Universitetinin 2-ci kurs tələbəsidir.
O, tətilini Bakıda keçirmək üçün yaxınıgilə qonaq gəlib.
DİN-in Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, 19 yaşlı şəxs axtarışa elan edilib.
“Onun tapılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Nəticəsi barədə məlumat veriləcəkdir”.