Azedu.az

Vakansiya seçimi edən müəllimlərin diqqətinə -  Elektorn ərizədə düzəliş olmayacaq

Maraqlı

17 Sentyabr 2020, 11:23
Vakansiya seçimi edən müəllimlərin diqqətinə -  Elektorn ərizədə düzəliş olmayacaq

 

Müəllimlərin işə qəbulunun vakansiya seçiminin ilkin mərhələsi başa çatıb. Növbəti turlarla bağlı məlumat isə yaxın günlərdə veriləcək.

 

Elektron ərizələrini təsdiq edən müəllimlərdən bir çoxu həmin sənədlərdə səhvlik müşahidə edərək, bunu düzəltməyə çalışırlar.

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki,  elektron ərizə təsdiqləndiyi halda orada hər hansı bir düzəlişin edilməsinə texniki olaraq imkan verilmir.

 

Qeyd edək ki, vakansiyalara yerləşdirmə elektron şəkildə proqram təminatı tətbiq olunmaqla və namizədlərin bal ardıcıllığı nəzərə alınaraq həyata keçirilir.

Rusiyaya DƏHŞƏTLİ ZƏRBƏLƏR - Lukoyl partladıldı
Son xəbərlərDaha çox