Azedu.az

11-ci sinif şagirdini öldürən şəxs polisə təslim olub - YENİLƏNİB

8 Oktyabr 2025, 20:25
11-ci sinif şagirdini öldürən şəxs polisə təslim olub - YENİLƏNİB

Gəncədə yeniyetməni qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub.

AzEdu.az xəbər verir ki, 2007-ci il təvəllüdlü Gəncə şəhər sakini R.Cəfərov polisə gedərək ifadə verib.

**

15:06

Gəncədə yeniyetməni qətlə yetirən şəxsin kimliyi məlum olub.

AzEdu.az xəbər verir ki, 2009-cu il təvəllüdlü V.R.-i 2007-ci il təvəllüdlü R.Cəfərov bıçaqlayaraq qətlə yetirib.

Hazırda hadisəni törədən şəxsin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

 

13:34

Gəncədə qətl hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, 2009-cu il təvəllüdlü yeniyetmə oğlan bıçaqlanıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Hadisəni törədənin tutulması istiqamətində axtarış tədbirləri həyata keçirilir.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox