Azedu.az

İki tədqiqat universiteti yaradılacaq - proses hansı mərhələdədir? - RƏSMİ

Təhsil Nazirliyi

3 Dekabr 2025, 14:55
İki tədqiqat universiteti yaradılacaq - proses hansı mərhələdədir? - RƏSMİ

2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universiteti yaradılacaq.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası"na əsasən 2026-cı ildə mövcud ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması nəzərdə tutulur.

Ali təhsil müəssisələrinin bazalarında 2 tədqiqat universitetinin yaradılması istiqamətində hansı işlər görülür? Həmçinin həmin tədqiqat universitetin hansı ali məktəblərin nəzdində yaradılması nəzərdə tutulur?

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, hazırda bu məsələ ilə bağlı müvafiq qərarların qəbul edilməsi üçün zəruri təhlillər və müzakirələr aparılır:

"Müvafiq qərar qəbul edildikdə ictimaiyyətə məlumat veriləcəkdir".

5-ci kolon təmizlənir - Azərbaycanda kimləri hansı aqibət gözləyir?
Son xəbərlərDaha çox