Azedu.az

DİM-də növbəti təlim keçirilib

Xəbərlər

3 Dekabr 2025, 15:17
DİM-də növbəti təlim keçirilib

3 dekabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib.

DİM-dən AzEdu.az-a bildirilib ki, təlimdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.

Təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə müzakirə aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Rusiyada ARA QARIŞIR - Kremldə vətəndaş müharibəsi qorxusu...
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox