Azedu.az

Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI

Dövlət İmtahan Mərkəzi

4 Fevral 2026, 15:24
Ən çox bu fənn müəllimləri imtahanlarda nəzarətçi olur - SİYAHI

AzEdu.az xəbər verir ki, bu sözləri DİM-in Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov media nümayəndələri üçün imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə çıxışı zamanı qeyd edib.

“Nəzarətçilər bazasının 81%-i riyaziyyat, ingilis dili, kimya, coğrafiya, biologiya, fizika, tarix, ibtidai sinif müəllimliyi ixtisaslarına və pedaqoji profilli olmayan digər ixtisaslara malik şəxslərdən ibarətdir.

Cari il nəzarətçi sayına 2022, 2023 və 2024-cü illərlə baxdıqda görülür ki, ibtidai sinif müəllimliyi, tarix və ingilis dili üzrə nəzarətçi sayı azalmışdır. Coğrafiya, kimya, ana dili və ədəbiyyat, idman, texnologiya, rus dili və digər xarici dillər üzrə sayı sabit qalmışdır. Riyaziyyat, musiqi, rəsm, psixologiya və digər pedaqoji profilli olmayan ixtisaslarda isə artım müşahidə olunur. Fizika və biologiya üzrə say sabit qalsa da, cari ildə azalma qeydə alınmışdır.

Nəzarətçilər bazasının 32,3%-i Bakı şəhərinə, 8,6%-i Gəncə regional bölməsinə, 8,3%-i isə Sumqayıt və Abşerona aiddir. Digər regional bölmələrin payı 5,0% ilə 7,6% arasında dəyişir".

Səidə Bəkirqızıyla Akif Nağı üz-üzə - CANLIDA GƏRGİN ANLAR!
Son xəbərlərDaha çox