Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-21 14:32:00
Kliniki Tibbi Mərkəzin baş həkimi: "Zəhərlənən tələbələr şok vəziyyətindədirlər"

Kliniki Tibbi Mərkəz Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən qızların vəziyyətinə aydınlıq gətirib. 

AzEdu.az xəbər verir ki, kliniki Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşovun APA-ya verdiyi məlumata görə, hər iki tələbə qız şok vəziyyətindədir: “Onların vəziyyətləri çox ağırdır. Onların hər ikisindən analiz götürülüb, toksikoloji laboratoriyaya verilib. Hazırda analizin cavablarını gözləyirik”.