Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-21 16:34:00
“İngilis dilini stadionda, riyaziyyatı həyətdə keçirik”-Liseydə qeyri-adi formalı dərslər-FOTOLAR

“Təbiət qoynunda, gəzinti şəraitində və əyləncəli şəkildə dərslərimizi keçməyə  çalışırıq”.

AzEdu.az xəbər verir ki, bu sözləri Hədəf Şirkətlər qrupunun baş direktoru Şamil Sadıq deyib.

Hədəf STEM liseyində artıq bir müddətdir ki, dərslər açıq havada keçirilir. Belə fərqli addım bir çox insanların marağına səbəb olur.

Hədəf Şirkətlər qrupunun həmtəsisçi və baş direktoru Şamil Sadıq belə unikal addım atmalarının səbəbini və onun müsbət tərəflərini bizimlə  bölüşüb:

“Konseptimizin əsas prinsipi: “gör, toxun və etdir”. Dərslərimiz nəzəri biliklərdən daha çox praktik istiqamətə yönəlib. Ona görə də  ötən tədris ilindən etibarən   açıq havada tədris prosesini həyata keçiririk. Təbiət qoynunda, gəzinti şəraitində və əyləncəli şəkildə öyrənməyə çalışırıq. Standart sinif prinsipi bizim kursa uyğun deyil. İngilis dilini stadionda, riyaziyyat dərsini həyətdə tədris etməyə çalışırıq. İmkanlarımız daxilində havaların xoş keçdiyi müddətdə dərsləri keçirik. Çünki uşaqlar təbiət qoynunda oksigen və günəş enerjisi qəbul edirlər. Bu uşaqlar üçün əyləncəli olur.

Xüsusi olaraq  sinif düzəltmirik. Hər şeyi təbii etməyə çalışırıq.Elə olur ki, palaz salıb üzərində oturur və həyətdəki ağacların altında dərsləri keçirik. Bəzən şagirdlər stadionda dayanıb müəllimi dinləyirlər.

Biz keçən ildən bunu həftədə iki dəfə hər sinif üçün edirik. Belə olduqda uşaqlar həm yorulmur, həm də əylənirlər və təmiz hava ilə qidalanırlar. Bu müəllimlər üçün də maraqlı və əyləncəli olur. Bəziləri bunu formal şəkildə edir. Lakin biz bunu müəllim və şagirdlərin istədiyi vaxt və həmin günkü dərsin mövzusu ona imkan verdikdə edirik.

Həyətdə Nəimi otağı yatratmışıq. Buraya lövhədə vurmuşuq .Nəsə lazım olduqda lövhəyə yazırıq. Bu çox effektli və uşaqlar üçün əyləncəli olur.

Belə şəraitin yaradılması müəllimin yaradıcılığı ilə bağlı olan məsələdir. Məktəb direktorunun demokratikliyi burada çox vacib rol oynayır. Məktəblərin bu cür addımlar atması arzuolunandır. Çünki bunu edən müəllim və rəhbərlik görəcək ki, şagird və valideyn bu addımdan razı qalır. Şagirdlər də belə dərslərə sevə-sevə gələcəklər. Dünya təhsil sistemində də bu cür təcrübədən istifadə olunur. Mən bunu məktəblərə tövsiyə edirəm.Sinifdə oturmaq və dərsi müzakirə etmək yorucu olur.

Müəllim bunu çöldə vaxt itirmək mənasında etməməlidi. Bunu vicdanla edirsə, bu çox effektli olacaq. Bu uşaqların rifahına, psixoloji vəziyyətinə çox ciddi təsir edir. Birmənalı şəkildə tövsiyə edirəm. Rayon məktəbləri də bunu edə bilər. Onların həyət sahələri də böyükdü. Çay kənarında coğrafiya, biologiya fənlərini tədris edə bilərlər. İmkandan maksimum yararlanmaq müəllimin bacarığından və yaradıcılığından asılıdır”.