Azedu.az

BMU-nun daha bir məzunu 6 nüfuzlu universitetdən qəbul alıb

Xaricdə təhsil

Tələbələr

Universitetlər

14 Avqust 2025, 16:26
BMU-nun daha bir məzunu 6 nüfuzlu universitetdən qəbul alıb

Bakı Mühəndislik Universitetinin (BMU) “Kimya müəllimliyi” (ingilis dilində) ixtisası üzrə builki məzunu Nərmin Şiri Azər böyük uğura imza ataraq, 6 nüfuzlu universitetdən magistratura səviyyəsinə qəbul alıb.

Universitetdən AzEdu.az-a bildirilib ki, BMU məzunu Böyük Britaniyanın Edinburq, Varvik, Vestminster, Qlazqo universitetlərində, İtaliyanın Padua Universitetində, həmçinin Latviya Universitetində təhsilini davam etdirmək hüququ qazanıb. Nərminin seçimi Latviya Universitetinin “Epidemiologiya və tibbi statistika” ixtisası olub. O, Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, Hökümətlərarası Təqaüd Proqramı çərçivəsində “Latviya dövlət təqaüdü”nə layiq görülüb.

BMU məzunu beynəlxalq təhsilə doğru mühüm addım atmaqla ölkəmizin gəncliyini qürurla təmsil etməyi və qazandığı bilik, bacarıqlarla ölkəmizin elmi inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

 

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox