Azedu.az

Tələbələrə motivasiya dəstəyi - aylıq 200 manat təqaüd imkanı

Universitetlər

18 Avqust 2025, 10:46
Tələbələrə motivasiya dəstəyi - aylıq 200 manat təqaüd imkanı

Hər il bəzi universitetlər yüksək bal toplayan tələbələr üçün motivasiya xarakterli xüsusi imtiyazlar təqdim edir. Məqsəd tələbələri akademik göstəricilərini yüksəltməyə təşviq etmək və onların təhsil imkanlarını genişləndirməkdir. 

AzEdu.az bu imtiyazları öyrənmək məqsədilə universitetlərin mətbuat xidmətləri ilə əlaqə saxlayıb.

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, 2025/2026-cı tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.

Bununla bağlı BDU Elmi Şurası qərar qəbul edib.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
Son xəbərlərDaha çox