Azedu.az

BMU-nun daha bir məzunu xaricdə 7 universitetə qəbul aldı

Universitetlər

14 Avqust 2025, 12:22
BMU-nun daha bir məzunu xaricdə 7 universitetə qəbul aldı

Bakı Mühəndislik Universitetinin (BMU) “İnformasiya texnologiyaları” ixtisasının 2025-ci il üzrə məzunu Nihad Məmmədov tam dövlət təqaüdü ilə dünyanın nüfuzlu ali məktəblərində təhsilini davam etdirmək hüququ qazanıb.

AzEdu.az xəbər verir ki, o, həm “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”, həm də Macarıstan Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış ikitərəfli saziş əsasında həyata keçirilən Hökumətlərarası Təqaüd Proqramının (HTP) qalibi olub.

BMU məzunu Böyük Britaniyanın Vorvik, Bristol, Qlaszqo, Şeffield London Queen Mary Universiteti, Litva Respublikasının Kaunas Texnologiya Universiteti və Macarıstanın Eotvos Lorand Universitetindən (ELTE) qəbul alıb.

Nihadın son seçimi Vorvik Universiteti olub və o, magistratura səviyyəsində təhsilini “Data Analytics” ixtisasında davam etdirəcək.

Qeyd edək ki, Nihad Məmmədov BMU-nu yüksək göstərici ilə (oratalama 90 bal) bitirib, IELTS imtahanında 8 bal toplayıb.

Yunanistandan Türkiyeye savaş mesajı - Füzeler hazır hale getirildi
Son xəbərlərDaha çox