Azedu.az

LDU-nun iki tələbəsi Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi olub

Universitetlər

5 Avqust 2025, 11:55
LDU-nun iki tələbəsi Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi olub

Bu ilin fevralından iştirakçıların həm komanda, həm də fərdi şəkildə qatıldığı Azad Mirzəcanzadə İnkişaf proqramında yekun qiymətləndirmə nəticəsində 10 layihə qalib elan olunub.

AzEdu.az xəbər verir ki, qaliblər arasında Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsinin iki tələbəsi də var. Nuray Əliyeva “Komputer mühəndisliyi” ixtisasının, Ramal Əsgərov“İnformasiya texnologiyaları” ixtisasinn III tədris ili tələbələridir. Onlar “CodeByte” layihəsi ilə Azad Mirzəcanzadə İnkişaf Proqramının qalibi olublar. Məlumat üçün deyək ki, “CodeByte” Azərbaycanda proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına yönəlmiş innovativ təhsil startapıdır. Layihənin əsas məqsədi regionlarda yaşayan gənclərə yüksək keyfiyyətli, əlçatan və müasir texnologiyalara əsaslanan proqramlaşdırma təhsili təqdim etməkdir.

Qaliblərin mentoru “Texnologiya və texniki elmlər” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Vüsalə Muradovadır.

Hər bir qalib layihəsini inkişaf etdirmək üçün 5000 manatadək maliyyə dəstəyi alacaq. Maliyyə dəstəyindən əlavə, qaliblər təcrübəli peşəkarların dəstəyi, mentorluqdan istifadə və təlim imkanları ilə də təmin olunacaqlar.

Xatırladaq ki, Azad Mirzəcanzadə İnkişaf Proqramı Azərbaycanda yaşayan, innovativ və sosial əhəmiyyətli təşəbbüsləri həyata keçirmək potensialına malik 18-35 yaşlı gənclərin dəstəklənməsinə yönəlib. Proqram iştirakçılara liderlik bacarıqlarını, sahibkarlıq düşüncəsini və sosial fəallığı inkişaf etdirmək üçün unikal imkanlar təqdim edir. Qeyd edək ki, Azad Mirzəcanzadə İnkişaf Proqramının üçüncü axını üçün müraciətlərin qəbulu açıqdır.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox