Azedu.az

ADNSU-nun 5 tələbəsi Türkiyədə təlimlərdə iştirak edir

Universitetlər

4 Avqust 2025, 15:03
ADNSU-nun 5 tələbəsi Türkiyədə təlimlərdə iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində universitetin 5 tələbəsi Çanaqqalada texniki səfər və təlim proqramında iştirak edir.

AzEdu.az xəbər verir ki, universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, 19 iyul – 3 avqust tarixlərini əhatə edən proqram ADNSU və TİKA-nın birgə təşkilatçılığı ilə “Yaşıl Dönüşüm və Dayanıqlı Təhsil” mövzusunda keçirilən təlimlərdə fərqlənmiş tələbələr arasında aparılmış qiymətləndirmələr əsasında təşkil olunub. Uğurlu hesab edilən 5 tələbə proqram müddətində müəssisədə istehsalat prosesi, iş təhlükəsizliyi, emal və tullantıların idarə olunması, yaşıl enerji və davamlı istehsal kimi mövzularda praktiki təlimlərə qatılıblar.

Proqram boyunca iştirakçılar həmçinin polad istehsalı və enerji səmərəliliyi üzrə təlimlərdə iştirak edib, karbonsuz istehsal texnologiyaları ilə tanış olub, ISO 14001 və ətraf mühitin idarəedilməsi sistemləri barədə məlumat alıblar. Eyni zamanda iştitakçılar  arxeoloji qazıntı sahələrini ziyarət edib, günəş, hidro və külək enerjisi sahələrində fəaliyyət göstərən stansiyalarda texniki ekskursiyada olublar. Sonra tələbələr “Polad istehsalında davamlılıq” mövzusunda layihə üzrəində işləyərək münsiflər heyətinə təqdim ediblər.

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox