Azedu.az

“Balın bura çatır” prinsipi yanlışdır - Doğru ixtisas seçimində qızıl QAYDALAR

Universitetlər

Şagirdlər

2 Avqust 2025, 10:09
“Balın bura çatır” prinsipi yanlışdır - Doğru ixtisas seçimində qızıl QAYDALAR

İxtisas seçimi edən şəxs ilk növbədə əmək bazarı ilə yaxından tanış olmalı, abituriyentin gələcək perspektivlərini düşünməlidir.

Bu barədə AzEdu.az-ın “TəhsilSİZ” verilişində təhsil eksperti Elçin Murad danışıb.

165410

Abituriyentin yalnız mövcud balına görə seçim etmək düzgün deyil

"Abituriyent seçdiyi ixtisasa qəbul olduqdan sonra dörd il sonra özünü harada görəcəyini bilməlidir. Təəssüf ki, bəzən valideynlər və ya məsləhət verən şəxslər sadəcə 'sənin balın bura çatır' deyərək, abituriyentin istəklərini nəzərə almadan ona ixtisas seçdirirlər. Bu isə düzgün yanaşma deyil".

Abituriyentin balı statistik jurnallar əsasında təhlil edilməlidir

"Məsələn, bir abituriyent I ixtisas qrupu üzrə 250 bal toplayıbsa, ötən il bu intervalda neçə nəfərin nəticə əldə etdiyi, bu il isə həmin aralıqda neçə abituriyentin olduğu müqayisə edilməlidir:

"Əgər bu il 260-270 bal arası nəticə göstərən abituriyentlərin sayı artıbsa, keçid ballarının qalxması ehtimalı var. Əksinə, nəticə göstərənlərin sayı azdırsa, keçid balları 5-10 bal aşağı enə bilər. Bundan başqa, bu il yeni ixtisaslar yaradılıb və plan yerlərində də artım müşahidə olunur. Yeni açılan ixtisaslara universitetlər tərəfindən 30-40 yer ayrılması gözlənilir".

İxtisas seçimi zamanı təkcə ötənilki keçid ballarına əsaslanmaq doğru yanaşma deyil

"İxtisas seçimi statistik təhlil və əmək bazarına dair düzgün yanaşma tələb edir. Abituriyentin maraqları və gələcək planları da burada əsas rol oynamalıdır".

Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox