Azedu.az

Rektor: Auditoriyalar distant təhsil üçün tam yararlıdır

Universitetlər

19 İyun 2025, 11:37
Rektor: Auditoriyalar distant təhsil üçün tam yararlıdır

“Bizim hibrid və "extra" auditoriyalarımız var.”

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov UNEC-in 95 illik yubileyinə həsr olunmuş tədbirdə səsləndirib.

“Bütün auditoriyalar distant təhsil üçün tam yararlıdır. Keçən ilin sentyabr ayında universitetimizin auditoriyalarının 80%-ni hibrid formata keçirmişik. Bu isə o deməkdir ki, bir sıra fənlər üzrə tələbələrin universitetə gəlməsinə ehtiyac yoxdur. Onlar dərslərə evdən də qoşula bilirlər. Yetər ki, kompüterləri açıq olsun.

Əcnəbi vətəndaşların universitetə qəbulu, eləcə də təkrar ali təhsilə qəbul və digər müraciətlərin hamısı yalnız internet üzərindən həyata keçirilir. Heç bir əlavə sorğu və ya müsabiqə aparılmır. Sadəcə, birinci təhsili təsdiqləyən sənəd yoxlanıldıqdan sonra ikinci təhsilə qəbul prosesi başa çatdırılır".

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox