Azedu.az

Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var

Universitetlər

12 İyun 2025, 11:03
Ədalət Muradov: Vahid plagiat sistemin yaradılmasına ehtiyac var

“Ölkədə elmi fəaliyyətin şəffaflığının təmin olunması üçün vahid plagiat yoxlama sisteminin yaradılmasına ciddi ehtiyac var”.

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında çıxışı zamanı səsləndirib.

Rektor bildirib ki, bu sahədə süni intellekt alətlərindən istifadə genişləndirilməlidir. Xüsusilə elmi “chatbot”lardan səmərəli şəkildə faydalanmaq vacibdir.
Ədalət Muradovun sözlərinə görə, müasir texnologiyaların elmə inteqrasiyası elmi keyfiyyətin artırılmasına mühüm töhfə verə bilər.

ABŞ-dən Xameneiyə SƏRT XƏBƏRDARLIQ - Vaxtın var, qaç!
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox